Icma.az
close
up
RU
Arpa sahələrinin 42,5 % də biçin başa çatıb

Arpa sahələrinin 42,5 % də biçin başa çatıb

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Cebheinfo.az"-a bildirilib ki, artıq taxıl sahələrinin 21 %-ində biçin başa çatıb.

Biçin aparılmış 196 064 hektar sahədən 631 824 ton məhsul yığılıb. Hazırda respublikada taxıl üzrə orta məhsuldarlıq 32,2 sent/ha təşkil edir.

Biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədə payızlıq arpa əkini həyata keçirilib. Hazırda əkin sahələrinin 42,5 %-ində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 32 sent/ha təşkil edir.

Hazırda 43 rayonda arpa biçini gedir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında arpa biçini artıq yekunlaşmaq üzrədir.

Bu rayonlarda arpa sahələrinin 90 %-dən çoxu biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha), Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4 sent/ha) rayonlarında qeydə alınıb. Yaxın günlərdə bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 16-da taxıl biçinində 1415 kombayn iştirak edib. Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldə olunan rayonlardan biri də Sabirabad rayonudur.

Bu il Sabirabad rayonunda 20 290 hektar sahədə payızlıq taxıl əkini aparılıb: 10 904 hektar sahədə buğda, 9 387 hektar sahədə isə arpa əkilib. Artıq rayon üzrə arpa sahələrinin 70 %-ində, taxıl sahələrinin isə 2,3%-ində biçin yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq 38,7 sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir.

Biçin prosesinə ümumilikdə 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır.Biçin növbəlilik prinsipi ilə aparılır. “Aqroservis” ASC tərəfindən tələbata uyğun olaraq biçin aparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynların dislokasiyası həyata keçirilir.

Nigar
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri