Icma.az
close
up
RU
Cəlilabadda İctimai Birliyin rayon filialı təqdim edildi

Cəlilabadda İctimai Birliyin rayon filialı təqdim edildi

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyun 25-də Cəlilabad rayonunda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin yerli filialının rəsmi təqdimat mərasimi olub.

Modern.az xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Bəhruz Məmmədzadə yeni təsis olunan Cəlilabad rayon filialının rəhbəri Famil Fərəcovu rayonun icra hakimiyyətinin başçısı cənab Rafiq Cəlilova təqdim edib.

Təqdimat zamanı Bəhruz Məmmədzadə birliyin yaranma məqsədi, əsas fəaliyyət istiqamətləri və qazilərlə şəhid ailələrinin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat verib. O, şəhid ailələrinin və müharibə iştirakçılarının üzləşdiyi sosial və hüquqi problemlərdən danışaraq, bu problemlərin həlli istiqamətində birliyin göstərdiyi təşəbbüsləri diqqətə çatdırıb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirərək, rayon ərazisində belə bir ictimai birliyin fəaliyyətə başlamasını tərifəlayiq hal kimi dəyərləndirib. O, qeyd edib ki, şəhid ailələrinin və qazilərin problemlərinə həssas yanaşmaq, onların sosial müdafiəsini gücləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə yerli strukturların da üzərinə mühüm vəzifələr düşür.

Sonda birliyin sədri Bəhruz Məmmədzadə səmimi qəbul və dəstəyə görə Rafiq Cəlilova təşəkkürünü bildirərək, gələcək əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin davamında Cəlilabad rayonundan olan  müharibə iştirakçıları ilə görüş təşkil olunub. Silahlı Qüvvələr Günü münasibətilə keçirilən bu görüşdə vətən qarşısında göstərdikləri şücaətə görə qazilərə fəxri fərmanlar təqdim olunub. Görüş həmrəyliyin, minnətdarlığın və vətənpərvərliyin təntənəsi kimi iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri