Icma.az
close
up
RU
İctimai Birliyin üzvləri Amputant Futbol Komandası ilə görüşüb

İctimai Birliyin üzvləri Amputant Futbol Komandası ilə görüşüb

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri Azərbaycan Amputant Futbol Komandası ilə görüşüblər

Bu barədə Modern.az-a “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin oktyabr ayının 17,18 və 19 da Azərbaycanda keçiriləcək Millətlər Liqası C qrupu mərhələsində Ukrayna, Belçika, İsrayil, Hollandiya komandaları ilə qarşılaşm öncəsi Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri Azərbaycan Amputant Futbol Komandası ilə görüş keçiriblər.

Görüşün əsas məqsədi qarşıdakı beynəlxalq oyunlar öncəsi komandaya mənəvi və psixoloji dəstək göstərmək, həmçinin oyunlar zamanı azarkeş dəstəyini ifadə etmək olub.

İctimai Birliyin sədri Bəhruz Məmmədzadə komanda üzvlərinə bildirib ki, onların fəaliyyəti cəmiyyətə əzmkarlığın və iradənin bariz nümunəsini nümayiş etdirir. O, çıxışında qeyd edib:

"Əminəm ki, oyun öncəsi və oyun zamanı insanlarımız sizi tək buraxmayacaq."
Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov isə bildirib:

"Fiziki məhdudiyyətlərə baxmayaraq, meydanda göstərdiyiniz qətiyyət, fədakarlıq və komanda ruhu göstərir ki, qarşıdan gələn oyunlarda ən yüksək performansı nümayiş etdirəcəksiniz."

İdarə heyətinin digər üzvləri də çıxış edərək komandaya uğurlar və qələbə arzularını ifadə ediblər.

Azərbaycan Amputant Futbol Komandasının rəhbəri Elnur Sadıqov və futbolçular bu görüşün komanda üçün çox vacib və motivasiyaedici olduğunu vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Amputant Futbol Komandasının üzvləri Birinci Qarabağ və Vətən müharibəsi qaziləridir. Onlar eyni zamanda Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin fəal üzvləridir.

Görüşün sonunda hər iki tərəf bir-birinə hədiyyələr və fəxri fərmanlar təqdim ediblər və xatirə şəkili çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri