Cəlilabadda yanğın baş verib, 5 hektar ərazi yanıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Cəlilabad rayonu Bakı-Astara şosesinin 104-cü km-də açıq ərazidə yanğın baş verib.
525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:Cəlilabadda tövlədə yanğın BAŞ VERDİ
10 Mart 2025 22:50
Cəlilabadda meşədə yanğın başladı
15 İyul 2025 14:10
Cəlilabadda evdə yanğın olub
04 Sentyabr 2025 12:05
Cəlilabadda açıq ərazidə yanğın olub
02 Dekabr 2025 20:21
Cəlilabadda güclü yanğın BAŞLADI VİDEO
02 Dekabr 2025 13:55
Baxış sayı:27
Bu xəbər 02 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















