Cəlilabadda yem anbarında güclü yanğın baş verib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Cəlilabad rayonunda güclü yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xanılı kəndində Qadir Mirzəyevə məxsus yem anbarında qeydə alınıb.
Belə ki, ümumi sahəsi 456 kv.m olan anbarda qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində təxminən 30 ton ot bağlamasının 20 tonu yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:127
Bu xəbər 09 May 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















