Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Təklə kəndi ərazisində elmə əvvəllər məlum olmayan yeni arxeoloji abidə – Oğlantəpə yaşayış məskəni aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə ilkin arxeoloji araşdırmalar aparılıb.
Oğlantəpə Cəfərli yolundan təxminən 130 metr şimal-qərbdə, diametri 100, hündürlüyü isə 20 metrə yaxın olan təbii təpə üzərində yerləşir. Təpənin ətrafından qədim çay dərələri keçir.
Araşdırmalar zamanı abidənin üst qatından Orta əsrlərə aid saxsı nümunələri, daha dərin mədəni təbəqələrdən isə əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar arasında saxsı qab fraqmentləri və daşdan hazırlanmış əşyalar var.
Mütəxəssislər hesab edir ki, belə abidələrin sistemli şəkildə öyrənilməsi Muğan ərazisində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealını müəyyənləşdirməyə və bölgənin arxeoloji xəritəsini dəqiqləşdirməyə imkan verəcək.



Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 Sentyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















