Icma.az
close
up
RU
Cəlilabadda güclü yağışlardan sonra qədim yaşayış məskəni aşkarlandı

Cəlilabadda güclü yağışlardan sonra qədim yaşayış məskəni aşkarlandı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb.

Tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadənin sözlərinə görə, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir:

“Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir.

Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak – ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb”.

Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri