Çelsi italyalı futbolçunu İnter in əlindən ala bilər
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
İtaliya millisinin gənc üzvlərindən olan Marko Palestranın transferi ətrafında vəziyyət gözlənilmədən dəyişib. Sport24.az "La Gazzetta Dello Sport" instinadən xəbər verir ki, "Atalanta"nın futbolçusunu heyətinə qatmağa yaxın olan "İnter" son anda ciddi rəqiblə üz-üzə qalıb.
Məlumata görə, Milan təmsilçisinin rəhbərliyi gün ərzində oyunçunun meneceri Alessandro Luççi ilə danışıqlar apararaq transferi yekunlaşdırmağa çalışıb. Həm futbolçu tərəfi, həm də "Atalanta" ilə prinsipial razılıq əldə olunsa da, prosesə "Çelsi"nin qoşulması vəziyyəti mürəkkəbləşdirib.
Bildirilir ki, London klubu həm futbolçuya, həm də "Atalanta"ya "İnter"in təklifindən daha sərfəli maliyyə şərtləri təqdim etməyə hazırdır. Bu isə Palestranın qərarına təsir göstərə bilər.
Hazırda son söz futbolçuya məxsusdur. Palestra ya əvvəlcədən verdiyi sözü tutaraq "İnter"ə keçəcək, ya da "Çelsi"nin təklifini qəbul edərək karyerasını İngiltərədə davam etdirəcək. Transferin taleyinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 İyun 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















