Mourinyo ulduz futbolçunu Qalatasarayın əlindən alır Transfer savaşı
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
"Qalatasaray"ın transfer etməyə çalışdığı "Roma"nın futbolçusu Paulo Dibala üçün "Fənərbaxça"nın da hərəkətə keçdiyi məlum olub.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” futbolçunun meneceri Calos Novellə İstanbulda görüşüb. "La Gazzetta dello Sport"da yer alan xəbərə görə, buna baxmayaraq, "Fənərbaxça" da Joze Mourinyo amilindən istifadə edərək, futbolçunu almaq istəyir. Paulo Dibala Mourinyo “Roma”da işləyərkən onun rəhbərliyi altında oynayıb. Məsələ barədə açıqlama verən "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri bildirib ki, Paulo Dibala getmək istəsə mane olmayacaq.
Qeyd edək ki, Paulo Dibalanın “Roma” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Bundan əvvəl, "Qalatasaray"ın "Roma"nın argentinalı ulduzu Paulo Dibala ilə anlaşdığı barədə xəbərlər dərc edilmişdi. Xəbərə görə, "Qalatasaray" Dibalaya illik 10 milyon avro civarında maaş təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















