“Çelsi”də yeni dövr Bouli postunu tərk edib
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Todd Bouli “Çelsi”nin direktorlar şurasının sədri vəzifəsini tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Amerikalı biznesmen açıqlamasında “Çelsi”də sədr vəzifəsini tutmağın onun üçün şərəf olduğunu bildirib və klubun gələcəyinin təmin olunmasında iştirak edən şəxslərə, Premyer Liqaya, məşqçilər heyətinə, futbolçulara, rəhbərliyə, əməkdaşlara və azarkeşlərə təşəkkür edib.
Bouli “Clearlake” və digər həmsahiblərlə əməkdaşlığı, klubun qısamüddətli və uzunmüddətli uğuruna yönəlmiş qərar və investisiyaları yüksək qiymətləndirdiyini söyləyib.
Klubun açıqlamasında Hansyorq Vissin “Çelsi”nin səhmdarı və ortağı olaraq qalacağı bildirilib. “Clearlake” həmçinin Mark Valterin klubdakı payını alaraq “Çelsi” üzərində tam nəzarəti əldə edəcək.
Qeyd edək ki, Bouli 2022-ci ildə Roman Abramoviçin “Çelsi”ni satmasından sonra klubun sahibliyini əldə edən konsorsiuma rəhbərlik edib. Onun rəhbərliyi dövründə London təmsilçisi Konfrans Liqasını və 2025-ci ildə Klublararası Dünya Kubokunu qazanıb.
İspaniya De la Fuente ilə davam edir İtaliano açıqladı - "Marsel"lə matçda iştirak etməyəcək “Fənər” azarkeşlərinə şad xəbər - Asensio zədəsini sağaldıb Mali millisinin üzvü "Ayaks"da - RƏSMİ Tedeskonun "Bolonya" macərası qısa çəkdi
Baxış sayı:92
Bu xəbər 17 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















