“Çelsi”nin futbolçusu: “Qarabağ”la oyun bizim üçün çox vacibdir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 noyabr, AZƏRTAC
“Qarabağ”la oyuna hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” komandasının futbolçusu Entso Fernandes UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur matçından öncə London klubunun rəsmi saytına açıqlamasında deyib.
Argentinalı yarımmüdafiəçi qitənin ən nüfuzlu klub turnirində hər matçın önəmli olduğunu bildirib: “Çempionlar Liqasında oynamağı sevirik. Ötən mövsüm turnirə vəsiqə qazanmaq üçün çox mübarizə apardıq və indi belə bir fürsətə sahibik. Ona görə də hər matç bizim üçün çox vacibdir”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Çelsi” görüşü saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















