“Çelsi”nin daha bir futbolçusu “Qarabağ”la oyunu buraxacaq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 4 noyabr, AZƏRTAC
İngiltərənin “Çelsi” klubunun daha bir futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyunda iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Çelsi”nin baş məşqçisi Enzo Mareska matçdan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Pedru Netu sabahkı qarşılaşmanı buraxacaq. Onun sözlərinə görə, portuqaliyalı yarımmüdafiəçi mikrozədəyə görə meydana çıxmayacaq. Mareska 25 yaşlı oyunçunu mümkün zədə riskindən qorumaq üçün ona istirahət verəcəyini söyləyib.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:“Çelsi”nin hücumçu “Qarabağ”la oyunu buraxaxaq
17 Oktyabr 2025 15:09
“Çelsi”nin futbolçusu “Qarabağ”la oyundan əvvəl zədəsini sağaldıb
24 Oktyabr 2025 14:52
“Çelsi”nin aparıcı futbolçusu “Qarabağ”la oyuna kimi zədəsini sağaldacaq
09 Oktyabr 2025 17:14
“Çelsi”nin futbolçusu: “Qarabağ”la oyun bizim üçün çox vacibdir
03 Noyabr 2025 18:49
“Çelsi”nin ulduzu “Qarabağ”la matça hazır olacaq
09 Oktyabr 2025 13:48
Baxış sayı:71
Bu xəbər 04 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















