Icma.az
close
up
RU
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... Deputat

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... Deputat

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Dövlətlərin gücü təkcə iqtisadi və ya hərbi imkanları ilə deyil, ilk növbədə suverenliyini tam təmin etmək bacarığı ilə ölçülür.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, suverenlik xalqın öz taleyini müstəqil müəyyənləşdirməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində maneəsiz həyata keçirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməsi deməkdir:

“Məhz bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi siyasi və hüquqi məna daşıyan əlamətdar tarixdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü onilliklər boyu davam edən mübarizənin məntiqi yekununu ifadə edir. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı bütün çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, dövlətçilik əzmini heç vaxt itirməmiş, ərazi bütövlüyünü və suverenliyini şəhidlərimizin qanı, qəhrəman əsgər və zabitlərimizin şücaəti hesabına bərpa etmişdir. Bu gün həmin nailiyyət milli sərvət kimi qiymətləndirilir”.

Millət vəkili bildirib ki, otuz ilə yaxın davam edən işğal dövrü beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi:

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı, etnik təmizləmə siyasəti həyata keçirdi, yaşayış məntəqələrini dağıtdı, tarixi-mədəni irsi məhv etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunmaması göstərirdi ki, beynəlxalq mexanizmlər problemin həllində nəticə vermir. Buna baxmayaraq, dünya birliyi həmin əraziləri hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Qırx dörd gün ərzində işğal altındakı torpaqların böyük hissəsi azad edildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü ilə təmin etdi. Bu Zəfər dövlət suverenliyinin bərpasına aparan yolun ən mühüm mərhələsi idi. Sonrakı dövrdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri üzərində nəzarət hüququnu praktik şəkildə təmin etdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tam bərpa edildi. Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında qeyd olunduğu kimi, dövlət suverenliyinin tam bərpası Azərbaycanın gücünü və beynəlxalq hüququn üstünlüyünü bir daha nümayiş etdirdi. Bu gün ölkəmiz tam suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət Suverenliyi Günü isə təkcə tarixi hadisənin xatirəsi deyil, milli birliyin, güclü dövlətçiliyin və gələcək inkişaf strategiyasının rəmzidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri