Icma.az
close
up
RU
“23 saat 43 dəqiqə...” Deputat 20 Sentyabr hadisələrindən DANIŞDI

“23 saat 43 dəqiqə...” Deputat 20 Sentyabr hadisələrindən DANIŞDI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Hər bir xalqın tarixində onun dövlətçilik iradəsini, milli birliyini və gələcəyə inamını ifadə edən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz belə tarixi günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı uzunmüddətli mübarizənin məntiqi və qürurverici nəticəsini ifadə edir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Millət vəkili bildirib ki, suverenlik hər bir müstəqil dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərtidir:

“Dövlətin öz ərazisi üzərində ali hakimiyyətini həyata keçirməsi, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirməsi onun suverenliyinin fundamental göstəriciləridir. Azərbaycan xalqı tarixinin ən mürəkkəb dövrlərində belə müstəqil dövlətçilik arzusundan geri çəkilməmiş, milli iradəsini qoruyub saxlamışdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ərazilərimizin bir hissəsinin uzun illər işğal altında qalması ölkəmizin ərazi bütövlüyünün faktiki təmin edilməsinə imkan vermirdi. Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində uzun illər aparılan danışıqlar nəticə vermədi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər vəziyyəti əsaslı şəkildə dəyişdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazilərinin böyük hissəsini işğaldan azad etdi və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi.

2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz sərhədləri üzərində suveren nəzarətinin təmin edilməsi baxımından mühüm tarixi addım oldu.

Həmin ilin sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror tədbirləri dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ərazilərimizdə təmin edilməsi üçün tarixi şərait yarandı.

Məhz buna görə sentyabrın 20-si Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi məna daşıyır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi nailiyyətin dövlət səviyyəsində əbədiləşdirilməsidir”.

A.Həsənovanın sözlərinə görə, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi deyildi:

“Konstitusiya dövlətimizin hüquqi əsaslarını, suverenlik isə həmin dövlət hakimiyyətinin müstəqilliyini və bütün ölkə ərazisində aliliyini ifadə edir. Bu iki anlayış müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarıdır.

Dövlət Suverenliyi Günü eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu gün sahib olduğumuz bütöv və suveren Azərbaycan qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın milli birliyi və dövlətimizin illər boyu apardığı ardıcıl siyasət nəticəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Qarşıda duran əsas vəzifə tam suverenlik şəraitində əldə edilmiş nailiyyətləri qorumaq, işğaldan azad edilmiş ərazilərin bərpasını və reinteqrasiyasını davam etdirmək, iqtisadi inkişafı sürətləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.

20 Sentyabr təkcə təqvimdə əlamətdar bir gün deyil. Bu tarix Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri