Icma.az
close
up
RU
Cəmil Həsənli siyasi intihara sürüklənir ANALİZ

Cəmil Həsənli siyasi intihara sürüklənir ANALİZ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

El məsəlidir, “bacardığın işin qulpundan yapış, bu həm sənin, həm də cəmiyyət üçün xeyirli olar”. Təəssüflər olsun ki, elə şəxslər var ki, bilmədiyi və bacarmadığı işlərə baş vurur, özünü o sahənin bilicisi, peşənin bacarıqlı insanı olaraq göstərməyə çalışır. Az sonra bəlli olur ki, həmin peşə o şəxs üçün deyil. Ancaq bu halda belə dirəniş göstərir, geri çəkilmək, əski mövqeyinə qayıtmaq istəmir.

Bəlkə də tövsiyə olunan, məsləhət bilinən peşəni seçsə idi həmin insan üçün daha xeyirli və gəlirli olardı. Lakin hikkə və iddia, özündən müştəbeh olması ona ağıllı məsləhətləri qəbul etməsinə imkan vermir. Nəticədə özü ilə yanaşı ətraflarında olanları, bəzən isə yaxınlarını fəlakətlə üz-üzə qoyur. Misal üçün dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin hazırkı məqamda üzləşdikləri faciələri göstərmək olar. Hansı ki, siyasi bataqlıqda əzilən Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri siyasətlə deyil, bacardıqları işlə məşğul olsa idilər, bəlkə də böyük uğurlar qazanar, ən azı rayon səviyyəsində hörmət-izzət sahibi ola bilərdilər.

Mətbuatdan oxuduğuma görə, C.Həsənli kitab-filan yazıb, hətta müəllimlik də edib. Bununla yanaşı, C.Həsənli universitetə uşaqlar hazırlayıb, aradabir qəzetlərə yazılar da verərək, müstəqil jurnalistika ilə məşğul olub. Səmərəli fəaliyyət yolu tutması ilə C.Həsənli maddi imkanlar əldə edib, özünə sağlam düşüncə sahibi olan dost-tanış da qazanıb. Məhz sağlam mövqeli fəaliyyətinə görə C.Həsənli Milli Məclisə deputat seçilmək imkanı da əldə edir. Vəziyyət bu templə davam edəcəyi təqdirdə, C.Həsənlinin elm sahəsində püxtələşməsi, yeni uğurlar əldə etməsi mümkün görünürdü. Lakin sən saydığını say, gör əli xarici maraqlı qüvvələrin cibində olan AXCP sədri Əli Kərimli və ətrafında olanlar nə sayır. Onu sayırlar ki, C.Həsənlinin zəif və iradəsiz olmasından istifadə edərək, onu özlərinin qurduqları məkrli tora saldılar. Elə bir hörülən çətin tora ki, bu gün də C.Həsənli çox cəhd etsə də, Ə.Kərimlinin ustalıqla qurduğu tordan çıxa bilmir.

Cəmil Həsənli siyasətə gəlməsinə görə peşman olub

Çatan söhbətlərə əsasən demək olar ki, C.Həsənli siyasətə gəlməsinə görə çox peşman olub. Lakin artıq gecdir. Çünki C.Həsənli ömrünün qürub çağını yaşayır. Bu isə ona dəlalət edir ki, C.Həsənli üçün hər şey bitib. Əminliklə qeyd etmək olar ki, C.Həsənli onu siyasətə gətirib, gözəl işindən, səmərə verə biləcək peşəsindən ayırdığı üçün Ə.Kərimlini qınayır. Üzbəüz söhbətlərdə heç şübhəsiz ki, C.Həsənli Ə.Kərimliyə qarşı sərt ittihamlar da irəli sürür. Bütün bu kimi narazılıqlar, peşmanlıqlar isə faydasızdır. Yeganə hazırkı məqamda C.Həsənliyə təsəlli o ola bilər ki, qara-qura əməllərinə, xalqın maraqlarına qarşı yönələn fəaliyyətinə görə ictimaiyyət önündə üzr istəsin. Açıq şəkildə desin ki, “o, peşmandır, üzr istəyir”. Həm də söyləsin ki, təsir altında olduğu üçün xaricdəki ermənipərəst dairələrin göstərişi ilə Azərbaycanın dövlət maraqlarına zidd olan fikirlər səsləndirib, açıqlamalar verib. Bəlkə bu halda xeyirxah Azərbaycan insanları nəsə fikirləşər. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirənlər ya erməni lobbisinin sifarişlərini yerinə yetirən dağıdıcı müxalifətin üzvləridir, ya da ölkəmizin dünya miqyasında əldə olunan uğurlarını həzm etmək istəməyən, qısqanclıqla yanaşan Almaniya, Fransa, ABŞ kimi məkrli dövlətlərdir. Fransa o dövlətdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 illik erməni işğalına son qoyub ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa senatı erməniləri himayə edən, Ermənistana dəstək göstərən irticaçı qərarlar qəbul etdi, Makron hər fürsətdə ölkəmizlə bağlı qərəzli açıqlamalarla çıxış edib. Almaniya və ABŞ-da eynilə ermənipərəst mövqe sərgiləyiblər. Məhz faşist cəriyanın əsas ideoloqlarından olan Frank Şvabenin təklifi əsasında Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edildi.

Əli Kərimli xəstə müxalifətin üz qarasıdır

Əli Kərimlinin, C.Həsənlinin və digər dağıdıcı ünsürlərin Ermənistandakı revanşistlər kimi çıxışlar etmələri, milli maraqlarımıza yönələn iddialar irəli sürüb, bunları Almaniya, Fransa, ABŞ kimi dövlətlərdə mövcud olan məkrli şəbəkələrə göndərmələri onların sağalması mümkünsüz olan xəstəliyə tutulduqlarını göstərir. Hətta o qədər xəstə təfəkkürə mübtəla olublar ki, barda alkaşın, küçədə narkomanın, səhnədə ağılsız rəqqasənin, siyasətdə erməni kökənli şəxsin Azərbaycanla bağlı istənilən sayıqlamasını bəh-bəhlə öz sosial şəbəkə hesablarında paylaşırlar. Bütün bu kimi fəaliyyət onların cəmiyyətin gözündən, ictimai rəyin nəzərindən daha da düşmələrinə gətirib çıxarır. Təbii ki, belə acınacaqlı durumda olan müxalifət məhvə məhkumdur. Necə ki, artıq gözlənilən fəlakət dağıdıcı müxalifətin qapısı önündədir. Yəqin ki, qısa müddət sonra Milli Şura, Müsavat, AXCP kimi qurumlar siyasi səhnəni tərk etmək məcburiyyətində qalacaqlar. Bu, həm də Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərlərinin siyasətlə vidalaşması demək olacaq. Bununla da hesab etmək olar ki, müxalifət düşərgəsində təmizlənmə başa çatacaq. Onları əvəz edənlərin aparacaqları siyasətin necə olacağını isə zaman göstərəcək.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri