Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Əli Kərimli həbs edilincə Cəmil Həsənli xaricə qaçmaq istədi ANALİZ

Əli Kərimli həbs edilincə Cəmil Həsənli xaricə qaçmaq istədi ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Milli Şuranın sədri aeroportda saxlanıldı, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılaraq Azərbaycana gətirildi

Təsdiq olunan fakt ondan ibarətdir ki, ikibaşlı oyun oynayanlar, üzdə bir, arxada fərqli mövqe sərgiləyənlər sonda ifşa olunurlar. Bu isə hansı sahədə çalışmalarından, mövqe və status sahibi olmalarından asılı olmayaraq onların sonunu gətirir. Mübahisəyə yol vermədən birmənalı şəkildə demək olar ki, bütün siyasi fəaliyyətlərini yalan, böhtan üzərində quran, daim ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışan dağıdıcı müxalif təmsilçiləri AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin və Arif Hacılının siyasətdə qalma müddətləri başa çatmaqdadır. Çünki onlar cəmiyyət üçün arzuolunmaz şəxslərə çevriliblər. Digər tərəfdən sözügedən şəxslər böyük qurbanlar, itkilər hesabına qurulan əzəmətli Azərbaycan dövlətini xaos və anarxiya girdabına sürükləyib, məhv etməyə çalışırlar. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər və Arif Hacılı Rusiyanın sifarişlərinə, Ramiz Mehdiyevin maliyyə vəsaitlərinə həvəslənib xalqa yenidən acılar yaşatmağa çalışırlar. Lakin yuxarıda qeyd etdiyim kimi, ikibaşlı oyun oynayanlar sonda özləri tora düşürlər. Necə ki, artıq mətbuatdan məlum olduğu kimi AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, Milli Şuranın koordinasiya mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dəstəsinin fəalları olaraq cinayət məsuliyyətinə cəlb olunublar. AXCP sədri Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı ittihamlar irəli sürülüb. Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur. AXCP sədrinin ifadəsi alınıb və onun barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə Əli Kərimli ilə bağlı 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yəqin ki, bundan sonra Əli Kərimli və ətrafındakı trollar özlərində cəsarət tapıb Ramiz Mehdiyevlə əlaqələrini və Rusiyanın müəyyən dairələri ilə əməkdaşlıq etdiklərini etiraf edəcəklər. Ortada çox ciddi, əsaslı faktlar, sübut və dəlillər olduğu üçün AXCP rəhbərliyi fərqli mövqe sərgiləyə bilməzlər. Sübutlardan daha birisi Əli Kərimlinin Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirovun müşayiəti ilə “boz kardinalın” Novxanıdakı bağ evində görüşün təşkil edilməsidir.

Ramiz Mehdiyevin bağ evində keçirilən gizli görüş

Məlumata görə, Əli Kərimli Ramiz Mehdiyevlə sözügedən bağ evində 2019-cu ilin iyununda 2023-cü ilin sentyabrı ayında ikilikdə görüş keçirib. Hər iki görüşün 6 saatdan çox çəkdiyi bildirilir. Nələrdən danışıldığı, hansı məsələləri müzakirə etdikləri məlum olsa da, bu, istintaq sirri olduğu üçün qeyd etməyi lazımsız hesab edirik. Ancaq onu qeyd etmək olar ki, Ramiz Mehdiyevin Novxanı qəsəbəsində yerləşən Bağ evinin ümumi sahəsi 4 hektara yaxındır. Malikanənin ətrafındakı 10-a yaxın müxtəlif evlər, o cümlədən qızı Kamilənin, oğlu Teymurun və özünün böyük malikanəsi yerləşir. Məhz göz qamaşdıran malikanədə Əli Kərimli ilə Ramiz Mehdiyev iki dəfə görüş keçiriblər. Dövlət Təhlükəsizliyi Xidmətinin AXCP sədri Əli Kərimlinin evində axtarış apararkən götürdüyü sənədlər bir daha Milli Şuranın və AXCP-nin Rusiyanın buyruq qulu olan Ramiz Mehdiyevlə əlaqələrini təsdiqləyir. Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır aparılan axtarış zamanı Əli Kərimlinin evindən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və digər sənədlər tapılıb. Eyni zamanda AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində də axtarış aparılıb və çoxsaylı şahidlər dindirilib, əhəmiyyətli sübutlar əldə olunub.

Diqqətçəkən məqam ondan ibarətdir ki, son vaxtlara qədər Əli Kərimli "Milyarderlər İttifaqı" ilə əlaqəsini gizlətməyə çalışırdı. Bu yöndə ona verilən suallara tapmaca şəkilində, qeyri-müəyyən formada cavablar verirdi. Ancaq evində axtarış zamanı aşkarlanan sənədlər onun "Milyarderlər İttifaqı" ilə geniş əlaqələrinin olduğunu təsdiqləyir. Təbii ki, "Milyarderlər İttifaqı" ilə Ramiz Mehdiyev arasında əlaqələrin qurulmasında Abbas Abbasovun xüsusi rolu olub. Hansı ki, A.Abbasov Moskvada oturub, daim Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmağa, müəyyən məsələlərin Rusiyanın mənafeyinə uyğun qurulmasına çalışıb. Hələ 2013 –cü il Azərbaycanda prezident seçkiləri ərəfəsi Ramiz Mehdiyevin sifarişi, təkidli tapşırığı ilə A.Abbasov “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB – İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olur. Məhz bundan sonra tərtib olunan məkrli planın icrası məqsədi ilə Azərbaycanda dağıdıcı müxalifətin iştirakı ilə “Milli Şura” deyilən qondarma qurum yaradılır. A.Abbasovun təkidli tələbi ilə Əli Kərimli, İsa Qəmbərin, Cəmil Həsənli, Arif Hacılının, Gültəkin Hacıbəyli Rüstəm İbrahimbəyovu Milli Şuranın sədri seçirlər. Sual olunur, əgər doğrudan da AXCP, Müsavat və Milli Şura Rusiyaya nifrət edirdilərsə, nədən rəsmi Kremlin adamı olduğuna heç bir şübhə yeri qalmayan R. İbrahimbəyovu Milli Şuranın sədri seçilməsinə razılıq verirlər? Bəyəm öz aralarında sədrliyə layiqli namizəd yox idi? Şübhə yoxdur ki, İsa Qəmbər, Əli Kərimli və ya digər müxalifət lideri Milli Şuranın sədri olmaq iddiasında olublar. Sadəcə, Rusiyanın xüsusi xidmət orqanları özlərinin inandığı, etibar etdikləri namizədə üstünlük veriblər. Ə. Kərimli, İ.Qəmbər, C.Həsənli, G.Hacıbəyli və digərləri istəklərə qarşı çıxmağa cürət etməyiblər. Yada salmaq lazımdır ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildikdən dərhal sonra qurumun koordinasiya şurasının üzvləri adından Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlamışdılar. Məktubda ondan kömək istənilmiş, maliyyə və digər texniki yardım xahiş olunmuşdur. Eyni məzmunlu məktubu Ramiz Mehdiyev vəzifədən kənarlaşdırıldıqdan sonra Azərbaycanda dövlət çevrilişi edilməsinə dəstək verilməsi üçün Rusiyanın xüsusi xidmət orqanlarının rəhbərlərinə ünvanlamışdır.

Gültəkin Hacıbəyli öz payını almaq üçün hədə ilə çıxış edib

Milli Şura, AXCP və Müsavat Ramiz Mehdiyevin hər bir addımını, istək və tələbini dəstəkləyiblər. Buna görə də, müxtəlif daşınan və daşınmaz əmlakla, maliyyə vəsaitləri ilə mükafatlanıblar. Məlumatlı mənbənin dediyinə görə, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bir məqamda R.Mehdiyevdən və Milli Şura rəhbərliyindən, xüsusilə də AXCP sədri Əli Kərimlidən narazı qalıb. O, açıq şəkildə “zəhməti” qarşılığında payını istəyib. Onun ağzından söz qaçıra biləcəyindən ehtiyat edən Ramiz Mehdiyev kürəkəni İlham Əliyevə tapşırıq verib. Öz növbəsində İ.Əliyev G.Hacıbəylinin ağzını yummaq üçün qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkinin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır. Məlumata görə, Ramiz Mehdiyev bir qədər də əliaçıqlıq edərək Gültəkin Hacıbəyliyə Türkiyədə ev bağışlayıb. Ancaq ev düşərli olmayıb. Azərbaycan hüquqi-mühafizə orqanlarının müraciəti əsasında G.Hacıbəyli Ramiz Mehdiyevin ona bağışladığı ev də Türkiyə polisi tərəfindən saxlanılıb və Bakıya yola salınıb.

Cəmil Həsənli günahkar deyildisə, niyə xaricə qaçmağa cəhd edirdi?

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Ramiz Mehdiyevin ifşa edilməsindən sonra dəstənin bəzi üzvləri narahat olmağa başlayıblar. Xüsusilə də AXCP sədri Əli Kərimlinin DTX tərəfindən saxlanılması ilə Milli Şuranın və AXCP –nin torbalı məxluqları aradan çıxmağa, bununla da cinayətdən yayınmağa cəhd edirlər. Cəmil Həsənlinin xaricə qaçmaq istəyərkən saxlanılması bu qəbildən olan məsələlərdəndir. Qaçışına özünəməxsus formada don geyindirməyə çalışan C.Həsənli bildirib ki, guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Maraqlıdır C.Həsənlinin “qızının ailəvi tədbiri” niyə məhz Əli Kərimlinin həbs olunduğu günə təsadüf edir? C.Həsənli öz yaxın əqidə və məfkurə dostu hesab etdiyi Ə.Kərimlinin həbsi ilə bağlı nüansları dəqiqləşdirmədən ölkəni tərk etmək istəməsi müəmmalı suallar doğurur? Bu necə dostluq, bu necə əqidə yoldaşlığıdır ki bunları C.Həsənli edir? Söz yox ki, əqidə birliyi, yaxın dostluq və digər məqamlar dağıdıcı müxaliflərin düşüncələrinə və fəaliyyətlərinə ziddir. Onların üçün başlıcası özəl maraqlardır. C.Həsənli Ə.Kərimlinin həbs edilməsi ilə növbənin ona da çatacağını anladığından aradan çıxmağa cəhd edib. Ancaq bir nüansı yaddan çıxarıb ki, Azərbaycan hüquq-mühafizə orqanları xüsusi peşakarlığa, bilik və bacarığa malikdilər. C.Həsənlinin nə planlaşdırdığını, nə edə biləcəyini, hansı addımları ata biləcəyini onun özündən yaxşı təxmin ediblər. Ona görə də, onun xaricə qaçaraq cəzadan yayınmasına imkan verilməyib. Yəqin ki, indi şahid qismində dindirilən C.Həsənli növbəti prosesdə Ə.Kərimli məhkəmdə yan-yana oturacaq.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri