Icma.az
close
up
RU
Cəmil Həsənlidən sonra gündəm oldu Çoxunun bilmədiyi detallar

Cəmil Həsənlidən sonra gündəm oldu Çoxunun bilmədiyi detallar

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədən çıxışına məhdudiyyət qoyulması, hava limanından qaytarılması geniş müzakirə yaradıb. Hadisə bir daha göstərib ki, “stop” qərarlarının hansı əsaslarla tətbiq edildiyi barədə cəmiyyət tam məlumatlı deyil.

Ölkədən çıxışa məhdudiyyət hansı hallarda qoyula bilər? 

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, vətəndaşın ölkədən çıxmaq hüququ yalnız qanunla məhdudlaşdırıla bilər:

“Stop” adlanan mexanizm də bu məhdudiyyət növlərindən biridir və yalnız konkret hüquqi əsaslar olduqda tətbiq edilir. Ölkədən çıxışa qoyulan məhdudiyyətlər müəyyən normativ aktlarla tənzimlənir. Qanuna görə, cinayət prosesi ilə bağlı, şəxs şübhəli yaxud təqsirləndirilən kimi cəlb edildikdə və onun ölkədən çıxması istintaqa maneə yarada biləcəyi ehtimalı olduqda müvəqqəti “stop” qoyula bilər. Həmçinin məhkəmənin müəyyən etdiyi borclar ödənilmədikdə, icra məmurunun təqdimatı əsasında borclunun ölkədən çıxışının məhdudlaşdırılması mümkündür. Bu, yalnız məhkəmə qərarı ilə olur. Məhdudiyyətə aliment borcu, məhkəmə qərarı ilə təsdiqlənən pul öhdəlikləri, vergi və gömrük borcları da səbəb yaradır. Bundan əlavə, qanunda göstərilən xüsusi və məhdud çərçivədə dövlət təhlükəsizliyi qurumları müvəqqəti məhdudiyyət tətbiq edə bilər. Bu, ciddi əsaslandırma tələb edir. Rəsmi olaraq yoluxucu xəstəlik daşıyıcısı olduğu təsdiq edilən və ölkədən çıxışı digər şəxslər üçün risk yaradan adamlara da müvəqqəti məhdudiyyət qoyula bilər. Bu qərar yalnız səhiyyə orqanlarının rəyi və dövlət qurumlarının qərarı ilə verilir”.

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, qanun “stop” mexanizminin tətbiqini ciddi prinsiplərlə məhdudlaşdırır:

“Hər bir məhdudiyyətin əsası, müddəti və məqsədi göstərilməlidir. Qərar məhdudsuz müddətə ola bilməz, səbəb aradan qalxan kimi “stop” dərhal ləğv edilməlidir. Şəxs qərarın əsassız olduğunu düşünürsə, onu məhkəmədə mübahisələndirə bilər. “Stop”u yalnız məhkəmə təyin edir. İstintaq dövründə cinayət işi aparan orqan, dövlət təhlükəsizliyi üzrə səlahiyyətli qurumlar, xüsusi karantin hallarında – dövlət qurumları da məhdudiyyət tətbiq edə bilər. Lakin polis bölmələri, hava limanı əməkdaşları, istənilən idarə və ya fiziki şəxslər “stop” qoya bilməz. Mexanizm yalnız qanunda nəzərdə tutulan əsaslar olduqda və rəsmi qərar mövcud olduqda tətbiq olunur”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri