Icma.az
close
up
RU
Cəmiyyət Qərbin ölkəyə zorla sırıdığı prosesləri qəbul etmədi Səfir

Cəmiyyət Qərbin ölkəyə zorla sırıdığı prosesləri qəbul etmədi Səfir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran cəmiyyəti Qərb tərəfindən ölkə həyatına zorla tətbiq edilməyə çalışılan dəyişiklikləri qətiyyətlə rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya mətbuatı üçün hazırladığı analitik məqalədə bildirib.

Səfir vurğulayıb ki, “məcburi siyasi nəticələrin qorunması və ya diktə edilməsi məqsədi daşıyan” xarici müdaxilə əvvəlki əsrlərin müstəmləkəçilik siyasətini xatırladır.

Kazem Cəlalinin sözlərinə görə, 12 yanvar 2026-cı ildə milyonlarla iranlının yürüşdə iştirakı İran vətəndaş cəmiyyətinin “reaksiya”ya və “unilateralistlərdən ibarət reaksion koalisiya”ya (öz istəklərini təkbaşına həyata keçirməyə çalışan və dəyişikliklərə qarşı çıxan ölkələrin və ya qrupların birləşməsi) qarşı qəti mövqeyini nümayiş etdirib.

Səfir qeyd edib ki, İranın gücü “uzunmüddətli mədəniyyət, intellekt və özünəinam prosesi nəticəsində formalaşmış cəmiyyətə söykənməsində”dir. “Dərin tarixi köklərə malik bu kimlik beynəlxalq güc və terror oliqarxiyasının siyasi diktələrini qəbul etmir”, – deyə Cəlali vurğulayıb.

Xatırladaq ki, 29 dekabr 2025-ci ildə Tehranda İran rialının kəskin ucuzlaşması səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Dekabrın 30-da etirazlara tələbələr də qoşulub və iğtişaşlar ölkənin əksər iri şəhərlərinə yayılıb. Hakimiyyət orqanları iğtişaşlar zamanı 38 hüquq-mühafizə əməkdaşının həlak olduğunu açıqlayıb.

İranın xarici işlər naziri Abbas Araqçinin 8 yanvar tarixli bəyanatına əsasən, həmin gündən etibarən etirazçılar arasında silahlı terrorçular da peyda olub. Bu gün baş verən talan və zorakılıqlar nəticəsində azı 13 mülki şəxs, o cümlədən üç yaşlı uşaq həyatını itirib. İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

Yanvarın 11-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iranlıları 12 yanvar tarixində hökumətyönlü mitinqlərdə, kütləvi yürüş və nümayişlərdə fəal iştiraka çağırıb. Aksiyaların əsas şüarı “iğtişaşların və İranın daxili işlərinə xarici müdaxilənin rədd edilməsi” olub.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Yanvar 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri