Icma.az
close
up
RU
Gürcüstanda cəmiyyət Qərbin yekəxana, riyakar yanaşmalarını qəbul etmir ŞƏRH EDİLDİ

Gürcüstanda cəmiyyət Qərbin yekəxana, riyakar yanaşmalarını qəbul etmir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"6-7 ay bundan əvvəl vəziyyət gərgin olduğu halda qərbpərəst qüvvələrin nümayişi keçirildi, 25-30 min adam yığıldı. Ancaq sonra pravoslav kilsəsinin rəhbərinin çağırışı ilə küçələrə 300 mindən artıq insan axışdı. Bu, göstərdi ki, həqiqətən də, çoxluq milli dəyərlər, ənənələr tərəfindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.O bildirib ki, odur ki, bu proseslərin hamısında açıq-aşkar görürük ki, Gürcüstanda cəmiyyət Qərbin yekəxana, riyakar yanaşmalarını qəbul etmir: "Deyir ki, biz bildiyimiz kimi inkişaf etməliyik, bu bizim haqqımızdır. Hesab edirəm ki, İvanişvili və onun "Gürcü arzusu" partiyası çox sağlam mövqedən çıxış edirlər, qələbəni əldən verməyəcəklər.Gürcüstanda baş verən proseslər Qərblə Şərq arasında gedən çəkişmənin tərkib hissəsidir. Uzun illərdir Qərbin postsovet məkanına nüfuz etməsi gündəmdədir. Hələ ötən əsrin sonlarında Qorbaçovla Qərb arasında razılıqlar əldə olunmuşdu ki, Sovet ittifaqı öz qoşunlarını Şərqi Avropadan çıxaracaq, bunun müqabilində isə Qərb, NATO Sovet sərhədlərinə doğru hərəkətə başlamayacaq. Bu, həm centlmensayağı razılaşma idi, həm də siyasi əldə olunmuş qərar idi. Ancaq Qorbaçov hakimiyyətdən gedər-getməz bəlli oldu ki, Qərb sözünün üstündə dayanmır. O, öz yürüşünə başladı. Həm də postsovet məkanında olan bir neçə ölkələr artıq NATO-nun üzvüdür. Buna baxmayaraq Şərq tərəfdaşlığı çərçivəsində də davamlı əməkdaşlıqla bağlı da xüsusi plan var. Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistanla şərq tərəfdaşlığı çərçivəsində də çox böyük cəhdlər göstərilir ki, bu ölkələrin siyasi arentasiyası Qərbə doğru olsun. Müxtəlif şirnikləndirici məqamlar vəd edilir. Məqsəd ondan ibarətdir ki, Gürcüstanda Qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsini təmin etsinlər. Çünki neçə illərdir ki, Saakaşvilinin dövründən bəri demək olar ki, Qərbin xüsusi institutları, strateji mərkəzləri, rəsmi strukturları bir ucdan Gürcüstana maliyyə dəstəyi göstərirdilər. Bəzi hallarda Gürcüstan dövlətinin nazirləri də Qərbdən maaş alırdılar. Bu, dəyər kimi qəbul olunmuş qayda çərçivəsinə mindirilmişdi"."Bir halda ki, Qərb uzun illərdən bəri Gürcüstana maliyyə dəstəyi edirsə, onlara nəticə lazım idi. Nəticə də ondan ibarət idi ki, bu seçkilərdə Qərbin yetişdirmələri, cavanlar, siyasi qüvvələr hakimiyyətə gəlsinlər, hakimiyyəti devirsinlər. Amma səslər necə yaranıbsa, çoxluq bu hakimiyyətin xeyrinə səs verdi. Gürcü xalqına lazım olan milli dəyərlərdir, ənənələrdir. Çünki həmcinslərin nikahları kimi dəyərlər Gürcü xalqının ürəyincə deyil. Dəfələrlə onların kütləvi çıxışlarının qarşısı alınıb. Hətta insanlar onları daşa basıblar. Bir yandan da Gürcü provoslav kilsəsi daim xalqı, xüsusilə cavan nəsli milli ənənələrin keşiyində durmağa səsləyir, onlara çağırışlar edir. Bu çağırışlar eşidilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri