Icma.az
close
up
RU
Cəmiyyət Rusiyanın Azərbaycandakı şəbəkəsinə daxil olan hər kəsi tanımalıdır

Cəmiyyət Rusiyanın Azərbaycandakı şəbəkəsinə daxil olan hər kəsi tanımalıdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Regional güc statusu ilə heç cürə barışa bilməyən və özünü dünyanın super güclərindən biri kimi təqdim edən Rusiyanın Suriyadan sonra Cənubi Qafqazda da mövqelərini sürətlə itirməyə başlaması və Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyini möhkəmləndirməsi Kremldə çox ciddi narahatlıq doğuran məsələlərdən biridir. Son vaxtlar Azərbaycana qarşı şimaldan gələn təpkilərin, təhdidlərin artması da ilk növbədə elə bundan qaynaqlanır.
Kreml əvvəllər də Cənubi Qafqazı öz nəzarətində saxlamaq üçün həm iqtisadi rıçaqlardan, həm hərbi güc amilindən, həm də ki, casus şəbəkələrindən, "beşinci kolon"lardan, "yumşaq güc" və təsir agentlərindən daim yararlanmağa çalışıb. Bu mənada Rusiyanın Azərbaycandakı şəbəkəsinin deşifrə olunması heç də təəccüblü deyil. Sözügedən şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin "xaç ata"lığı etməsi də bizi əsla təəccübləndirməməlidir. Bu adam istefaya göndəriləndən sonra da, AMEA-ya rəhbərlik etdiyi dönəmdə də bütün əməlləri ilə "beşinci kolon"un rəhbəri olduğunu təsdiqləyib.
2021-ci ilin sonlarında Ramiz Mehdiyevin bilavasitə gostərişi və təşəbbusu ilə AMEA-nın kitabxanasınada Azərbaycan-Rusiya yeni regional təhlukəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuş qalmaqallı tədbirin keçirilməsi də heç də təsadüfi deyildi. O, ölkəmizin aparıcı elm mərkəzi olan AMEA-nı Rusiyanın təsir dairəsinə salmaq ucun butun imkanlarını səfərbər etmişdi. Ramiz Mehdiyevin AMEA rəhbərliyində qalması Azərbaycan elminə böyük bir təhlükə idi. Mətbuatda, siyasi kuluarlarda Ramiz Mehdiyev Rusiyanən "çətir"i altında olan, “Kremlin adamı” kimi, "dövlət içində dövlət" yaratmağa cəhd göstərən bir adam kimi xarakterizə olunurdu.
Lakin Prezident İlham Əliyev Rusiya ilə sıx əlaqələri olan bu intriqan və təkəbbürlü şəxsi tam da vaxtında neytrallaşdırdı. Bu gün ramiz mehdiyevlər kifayət qədər müstəqil xarici siyasət yürüdən Azərbaycan dövlətinin prinsipial mövqeyinə hər hansı təsir göstərmək imkanına malik deyillər. Bu mənada destruktiv əməllərindən əl çəkməyən R.Mehdiyevin və Rusiyanın Azərbaycandakı şəbəkəsinin digər üzvlərinin aktivləşməsi onların gerçək kimliyinin üzə çıxması baxımından əhəmiyyətlidir. Cəmiyyət Rusiyanın Azərbaycandakı şəbəkəsinə daxil olan hər kəsi tanımalıdır. Eləcə də digər anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət edənlərin də kimliyi zamanla üzə çıxacaq. Milli birliyimizə, həmrəyliyimizə zərbə vuranları tanımalıyıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri