Icma.az
close
up
RU
Rusiyanın Azərbaycandakı təsir alətləri sıradan çıxarılır AKTUAL

Rusiyanın Azərbaycandakı təsir alətləri sıradan çıxarılır AKTUAL

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Belə anlaşılır ki, “Rus evi” Rusiya kəşfiyyatı üçün bir sığınacağa çevrilib və o, Rusiya kəşfiyyatının fəaliyyətini ört-basdır etmək üçün vasitə olub. Ona görə də Azərbaycan siyasi rəhbərliyi “Rossotrudniçestvo”nın fəaliyyətinin dayandırılmasına qərar verib”.

Bu barədə Bakıvaxtı.az-a analitik Elçin Xalidbəyli bildirib.

O qeyd edib ki, bu poses paralel qərar xarakteri daşıyır, çünki buna paralel olaraq, ABŞ-nin də ölkəmizdəki kəşfiyyat fəaliyyətində iştirak edən USAID-in fəaliyyəti dayandırılıb:

“Bu iki ölkənin müxtəlif adlar altında Azərbaycanda təşkilati baxımından yerləşməsinin qarşısının alınması istiqamətində olduqca önəmli addımlar atılır. Eyni zamanda “Rossotrudniçestvo”başqa ölkələrdə “Rus evi” adı altında yerli əhali üzərində müəyyən “yumşaq güc” tətbiq etmək metodundan istifadə edir. Rusiyanın təbliğ olunması ilə bu ölkənin Azərbaycanda təsir elektoratının yaradılması məqsədilə istifadə olunur. Rəsmi Bakı başqa bir ölkənin Azərbaycanda belə bir təsir alətinin olmasını istəmir və haqlı olaraq da, onun fəaliyyətini dayandırır”.

Elçin Xalidbəyli: Yaxın gələcəkdə rus məktəbləri ilə bağlı məsələni də həll etmək lazım olacaq

Azərbaycanda rus dilinin genişləndirlməsi amilinə diqqət çəkən ekspert qeyd edib ki, bu məsələ də eyni məqsədə xidmət göstərir:

“Nə qədər qəribə də olsa, ölkəmizdə dövlətdən maliyyələşən rus məktəbləri kifayət qədər çoxdur, amma Rusiyada Azərbaycan dilində fəaliyyət göstərən və dövlətdən maliyyələşən məktəb yoxdur. Rusiyada “Azərbaycan evi” və Azərbaycan məktəblərinin açılmasına icazə verilmir, amma ölkəmizdə “Rus evi”nin fəaliyyət göstərməsində və rus dilli məktəblərin sayının artırılmasında israr edir. Bu anormal yanaşmadır. Rəsmi Moskva Azərbaycanda belə bir qurumların fəaliyyətini arzulayırsa, onda Kreml Rusiyada da Azərbaycana aid analoji qurumların fəaliyyətinə şərait yaratmalıdır. Bu məsələ qarşılıqlı xarakter daşımalıdır. Təbii ki, rəsmi Bakı da tamamilə haqlı olaraq, Rusiyanın Azərbaycandakı təsir alətlərini sıradan çıxarır”.

Müsahibimizə görə, yaxın gələcəkdə rus məktəbləri ilə bağlı məsələni də həll etmək lazım olacaq. Onun fikrincə, Azərbaycanda rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac yoxdur:

“Azərbaycan dövləti bu məsələnin daha prinsipial və konseptual həlli istiqamətində addımlar atmalı olacaq”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri