Icma.az
close
up
RU
Cəmiyyətdə baş verən neqativ hadisələrin insan psixologiyasında yaratdığı izlər

Cəmiyyətdə baş verən neqativ hadisələrin insan psixologiyasında yaratdığı izlər

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Yaşadığımız dünyada həmişə neqativ hadisələrin – qəzaların, ölüm hallarının, müharibələrin şahidi oluruq. Bu da bizim psixologiyamıza mənfi təsirlər göstərir, stress, aqressiya, həyəcan yaradır. Bu əslində fərqli səbəblərdən istər cəmiyyətdə baş verən ümumi xoşagəlməz hadisələr, istərsə də yaxınlarımızla münasibətlərimizdə əmələ gələn anlaşılmazlıqlar, neqativ situasiyalardan qaynaqlanır. Bəs belə məqamlarda həyəcanımızı, yaşadığımız təşviş və s. kimi hisləri niyə idarə etməyi bacarmırıq? Həmin vəziyyətin qarşısını necə almaq olar? 
Psixoloq Aytən Ələkbərova Missiya.Az-a açıqlamasında deyib ki, insanların həyəcan hissini idarə edə bilməsi olduqca əhəmiyyətlidir. Həyəcanlar da müxtəlif cürdür:
“Bunların içərisində emosional və informativ həyəcanlar var. Emosional həyəcanlarda məsələn, bir şəxs aqressiya durumunda olur. Əlinə nə keçirsə vurur sındırır, əsəbini əşyalardan çıxır. Ya da ki, hər hansı fiziki zorakılığa baş vurur. Əgər bir adam fiziki şiddət göstərirsə, səbəbi psixopatiyadır. Digər tərəfdən isə sözügedən faktorlar emosional stressdə yaranan məqamdır. İnformativ stress isə son günlər təyyarə qəzasının baş verməsi, sevilən bir insanın dünyasını dəyişməsi və gündəlik bunlara aid olan videoların paylaşımı bəzilərində informativ stressin əmələ gəlməsi ilə nəticələnir. Ya da qeyd etdiyim həmin təyyarə qəzasından sonra əksər insanlar artıq düşünür: “Kaş, quru yollar açılsa”, “Kaş təyyarədən yox ancaq vaqonlardan, avtomobillərdən istifadə edərdik” və s. Anlamaq lazımdır ki, belə xoşagəlməz hallar istənilən situasiyada ola bilər. Qəzalar baxmır ki, kimsə göydədir, ya yerdə...”.

Psixoloqun sözlərinə görə digər məsələ isə, informativ stressdən yaranan ipoxondriyalardır:
“Məsələn, qorxudan yaranan: “ay, mən də öləcəm, yox olacam. Necə olacaq? Mənsiz necə qala biləcəklər” fikirlər... Sevdikləri, ailə üzvləri ilə əlaqələrində olsun, ya da fərqli amillər səbəbindən şəxsin psixi durumunu bütün bunlara uyğun qiymətləndirmək mümkündür. Zamanında edilən psixoloji yardımlarla belə şəxslər qısa zamanda problemindən xilas olunurlar. Ümumiyyətlə bir fərd yaşadığı həyəcanı, nə etdiyini başa düşməli və səbəbini söyləyə bilməlidir”.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri