Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Demokratik cəmiyyətdə mərkəzləşdirilmiş idarəetmə

Demokratik cəmiyyətdə mərkəzləşdirilmiş idarəetmə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin zəruriliyi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ötən əsrdə muxtariyyətin dövlət-hüquqi əsaslarını müəyyənləşdirərək imkan daxilində Azərbaycan Respublikasının vahid konstitusion sisteminə inteqrasiya olunmasına xidmət etmişdir. Lakin son dövrlər ölkənin normativ hüquqi bazasının təkmilləşdirilməsi, həyata keçirilən geniş institusional islahatlar, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni təhlükəsizlik arxitekturası və regionda labüd olan dərin iqtisadi idarəetmə transformasiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir sıra müddəalarının müasir reallığa uyğunlaşdırılmasını zəruri edir.

Bu prizmadan yanaşaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən sonuncu dəyişikliklər və əlavələrin bir neçəsi barədə söhbət açmaq istərdik.

Məlum olduğu kimi, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi Azərbaycan Respublikası Milli Məclisində müzakirə edildikdən (birinci oxunuş 21 iyun, ikinci oxunuş 04 iyul tarixində olub) sonra üçüncü oxunuşda (08 iyul) səsə qoyularaq artıq qəbul edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, Preambula hissədə və bir sıra maddələrdə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Ümumilikdə götürdükdə, bu dəyişikliklərin əsas hədəfi muxtar respublikanın hüquqi bazasının ölkə qanunvericiliyi ilə tam uyğunlaşdırılması, eləcə də mərkəzləşdirilmiş idarəetmə modelinin gücləndirilməsidir.

Gəlin, bu dəyişikliklərə nəzər salaq.

İlk olaraq Moskva və Qars beynəlxalq müqavilələrinə istinadın konstitusiyanın preambulasından və 1-ci maddənin ikinci hissəsindən çıxarılması məsələsinə aydınlıq gətirək.

Dəyişikliyə əsasən Moskva və Qars beynəlxalq müqavilələrinə istinad konstitusiyadan çıxarılmaqla yanaşı, preambulada “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” və “Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir” müddəaları nəzərdə tutulacaqdır.

Bəri başdan qeyd edək ki, bu dəyişikliyin mahiyyəti təbii ki, Moskva və Qars beynəlxalq müqavilələrinin hüquqi qüvvəsinin itməsi demək deyil. Adı çəkilən müqavilələr hər bir halda beynəlxalq hüququn predmetidir.

Bu dəyişiklik hər bir halda muxtar respublikanın statusununun mənbəyini müstəsna şəkildə daxili konstitusion yurisdiksiyaya verməklə yanaşı, “ikili hüquqi mənbə” problemini də aradan qaldırmış olur. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin dövlət strategiyasında sərhəd təhlükəsizliyi və regional koordinasiyanın prioritet məsələ olduğunu göz önünə gətirsək, o zaman geosiyasi həssaslıq şəraiti fonunda Naxçıvan Muxtar Respublikasının statusunun daxili konstitusion dayaqlara keçidinin necə böyük siyasi-hüquqi əhəmiyyətə malik olduğunu təsəvvür edə bilərik.

Hesab edirik ki, bu siyasi dəyərə malik olan dəyişiklik ölkəmiz üçün son dərəcə önəmli strateji əhəmiyyətə malikdir.

Konstitusiyaya “3-1-ci maddə”nin əlavə edilməsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən və səlahiyyətləri həyata keçirən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı yeni icra orqanı təsisatının konstitusion səviyyədə daxil edilməsi və bu orqanın birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olmasının nəzərdə tutulması sözügedən orqana ali status verilməsinə, regional idarəetməyə mərkəzdən yeni nəzarət modelinin formalaşmasına, icra sferasının mərkəzi hakimiyyətlə oprativ əlaqəsinin daha effektiv və möhkəm təmin olunmasına, dövlətin strateji sosial-iqtisadi inkişaf proqramlarının effektiv icra edilməsibə, idarəetmədə şəffaflıq və korrupsiyaya qarşı nəzarət mexanizminin güclənməsinə səbəb olacaqdır.

Gələk Konstitusiyanın 5-ci maddəsinin (Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi) ləğvi məsələsinə.

İndiyədək “Ali vəzifəli şəxs” konstitusiya ilə həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində müəyyən səlahiyyətləri həyata keçirirdi ki, bu da iki hakimiyyət qoluna aid olan səlahiyyətlərin bir subyektdə cəmlənməsinə gətirib çıxarırdı. Sözügedən hal isə son nəticədə “hakimiyyətin bölgü prinsipi”nin təbiətinə tamamilə zidd idi.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 3-cü maddəsinin ikinci hissəsinə görə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsini real olaraq gerçəkləşdirmək üçün adı çəkilən institutun ləğvi zərurətdən irəli gəlirdi.

Konstitusiyanın 14-cü maddəsinin I hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.”.

Sözü gedən dəyişiklik Naxçıvan Muxtar Respublikası Konstitusiyasının söhbət açılan maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə (eyni ilə Azərbaycan Respublikası Milli Məclisi ilə bağlı olan analoji müddəaya) uyğunlaşdırılmasına xidmət edir və bu sahədə olan boşluğu aradan qaldırır.

Ümumilikdə götürdükdə bu müddəa Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 7-1-ci maddəsində (Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar) nəzərdə tutulmuş aşağıdakı məsələ ilə bağlı parlament legitimliyinin kəsilməsi riskinə qarşı normativ sığorta rolunu oynayır: “Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz”.

Analoji müddəa Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsində belə əks olunmuşdur: “Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində Ali Məclisə seçkilər keçirilə bilməz”.

Qeyd edək ki, oxşar maddələr bir sıra dövlətlərin (Ukrayna, Gürcüstan, Litva və s.) konstitusiyalarında da nəzərdə tutulmuşdur.

Konstitusiyaya zərurətdən qaynaqlanan əlavələrdən biri də ona aşağıdakı məzmunda 28-1-ci maddənin əlavə edilməsidir:

“Maddə 28-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya bu Konstitusiyanın 24-cü və 25-ci maddələrində, 26-cı maddəsinin II–V hissələrində və 27-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılır.

II. Növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.

Sözügedən dəyişiklik Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin buraxılması) uyğunlaşdırılmasına xidmət edir və bu sahədə olan çatışmazlığı aradan qaldırır.

Beləliklə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması”nın konstitusiyaya əlavə edilməsi mövcud olan konstitusion təcrübəyə tam uyğun gəlir.

Oxşar maddələr bir sıra dövlətlərin (Rusiya, İtaliya, Gürcüstan və s.) konstitusiyalarında da nəzərdə tutulmuşdur.

Konstitusiyaya daha prinsipial dəyişikliklərdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblərin sadələşdirilməsidir. Belə ki, hazırda Konstitusiyanın 29-cu maddəsinin ikinci hissəsinə görə “Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər”.

Təklif olunan dəyişikliyə əsasən isə söhbət açılan maddənin ikinci hissəsinin aşağıdakı redaksiyada verilməsi nəzərdə tutulur:

“II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.”.

Nəzər saldıqda görürük ki, Azərbaycan Respublikası Milli Məclisi sədrinin seçilməsi üçün də heç bir əlavə senz tələb olunmur, yəni, qısası, deputat olmaq kifayətdir. Bu mütərəqqi məzmunlu sadələşdirmə dəyişikliyi muxtar və mərkəzi parlament modellərini eyni xəttə gətirir.

Bundan başqa, unudulmamalıdır ki, Avropa Məhkəməsi də öz presedent təcrübəsində dəfələrlə bəyan edib ki, “passiv seçki hüququ”na qoyulan hər bir məhdudiyyətin qanuni məqsədə uyğun, zəruri və proporsional olması tələb olunur, “ikiqat vətəndaşlıq” və ya “müəyyən müddət yaşayış” kimi açıq-şərtsiz qadağalar “hüququn mahiyyətini həddindən artıq dərəcədə məhdudlaşdıra” bilər.

Beləliklə, bu dəyişiklikdən sonra Naxçıvan Muxtar Respublikasında parlamentin sədri “məhdudlaşdırıcı deyil, daxil edici” qayda ilə formalaşmış olacaq, bu da həm siyasi rəqabətin artmasına, həm də cəmiyyətin müxtəlif təbəqələrini təmsil etmək potensialının genişlənlənməsinə səsəb olacaqdır.

Konstitusiyaya Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetininin tabeçiliyinə dair edilən dəyişiklər son dərəcə əhəmiyyətlidir.

Hazırda Konstitusiyanın 34-cü maddəsinin (Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti) üçüncü hissəsinə əsasən “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçı¬van Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir”.

Dəyişikliyə görə “tabedir və onun qarşısında müntəzəm” sözlərinin “özünün fəaliyyəti barədə” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda muxtar respublikada icra hakimiyyətinin qanunverici hakimiyyətə tabe olması parlamentli idarəçilik formasına malik olan dövlətlərə xas olan bir xüsusiyyətdir. Halbuki Azərbaycan Respublikası prezidentli respublikadır. Bu vəziyyətdə prezidentli respublika idarəçilik formasına malik olan dövlətin tərkibində parlamentli muxtar qurumun olması nə məntiqə uyğundur, nə də qanunvericilik və hüquq təcrübəsi ilə səsləşir.

Digər tərəfdən belə bir tabeçilik hazırda qüvvədə olan Azərbaycan və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarında qəbul edilən “hakimiyyətin bölgü prinsipi”nin təbiətinə də tamamilə ziddir. Belə olduğu təqdirdə, sözügedən dəyişiklik yerində və labüddür.

Bunun məntiqi davamı olaraq konstitusiyanın adı çəkilən maddəsinə aşağıdakı məzmunda dördüncü hissənin əlavə edilməsi də başa düşüləndir:

“IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirir.”.

Dediklərimizi yekunlaşdırsaq, o nəticəyə gələ bilərik ki, Naxçıvan Muxtar Respublikası¬nın Konstitusiyasına edilən dəyişikliklər yalnız formal texniki məzmuna malik deyil, həm də substansial dövlət idarəetməsi transformasiyası baxımından fundamental əhəmiyyət daşıyır.

Beləliklə, sözü gedən dəyişikliklər müasir dövrün konstitusionalizm prinsiplərinə, idarəet-mədə səmərəlilik və legitimlik tələbələrinə uyğun olaraq yalnız muxtariyyətin deyil, eyni zamanda milli dövlətçiliyin möhkəmlənməsi baxımından da strateji əhəmiyyətə malikdir.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitieti ümumi hüquq kafedrasının müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri