Icma.az
close
up
RU
Cəmiyyətdə nüfuzu getdikcə artan siyasi qüvvə

Cəmiyyətdə nüfuzu getdikcə artan siyasi qüvvə

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 2-də keçirilən VIII qurultayında aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Pezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı proqram xarakteri daşıyır. Dövlətimizin başçısı keçilən yola istinad etməklə qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirib. YAP-ın siyasi fəaliyyətdə keçdiyi yol adi olmayıb. Yeni Azərbaycan Partiyasını fərqləndirən ən mühüm məqamlardan biri odur ki, bu partiya yarandığı vaxtdan cəmi altı ay sonra ölkənin hakim partiyasına çevrilib. Bu da dünya tarixində analoqu olmayan bir haldır. Yeni Azərbaycan Partiyası öz nümunəsi ilə ölkəmizdə milli birlik uğrunda yeni səhifə  açıb. YAP partiyalararası siyasi dialoqu davamlı olaraq stimullaşdırır. Respublikamızda  həmrəyliyin təmin olunması, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi bir qayda olaraq YAP-ın təşəbbüsləri ilə zənginləşir.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan  partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Vüqar İsayev diqqəti Prezident, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikrinə çəkib. Onun sözlərinə görə, bu, yalnız partiyanın say tərkibi ilə bağlı deyil. Dövlət başçısının da vurğuladığı kimi, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrdə respublikamız ərazi bütövlüyünü təmin etməklə, işğal faktına son qoymaqla uzun illər ərzində müharibə risklərindən ciddi əziyyət çəkən Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə regionda sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inkişaf  üçün fundamental zəmin formalaşdırır. O da əlamətdar haldır ki, YAP-ın qurultayı ilk dəfə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilib.

Vüqar İsayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti cəmiyyətdə YAP-a böyük nüfuz qazandırıb. “İqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır. Bir sıra ölkələrin təcrübəsindən bəllidir ki, vədlərlə hakimiyyətə gələn partiyalar çox az vaxtdan sonra eniş dövrünə qədəm qoyurlar. Belə hallar iqtidarın yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsidir. YAP-ın yarandığı ərəfədə Azərbaycanın düşdüyü ağır vəziyyət də buna nümunədir. AXC-“Müsavat” iqtidarının birillik hakimiyyəti Azərbaycanı tənəzzül girdabına salmışdı. Ölkə vətəndaş qarşıdurmasının astanasında idi. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi. Ölkəni bu fəlakətdən xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə gələn  Yeni Azərbaycan Partiyasnın Lideri Heydər Əliyev qurtardı. Hazırda Prezident, YAP Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin varisliyini uğurla təmin edir ki, bunun da sayəsində müstəqil Azərbaycan zirvələrdən-zirvələrə yüksəlir”, - deyə Vüqar İsayev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri