Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Cəmiyyətin davamlı inkişafı və rifahı üçün...

Cəmiyyətin davamlı inkişafı və rifahı üçün...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İctimai və dövlət maraqlarımız harmoniya təşkil edir

Dünya düzəni qurulandan bəri toplumların ən vacib xüsusiyyətlərindən biri cəmiyyət olaraq formalaşa bilmək olub. İctimai və dövlət maraqları isə bir cəmiyyətin həyatını təşkil edən, kollektiv rifahı təmin etməyə yönəlmiş vacib prinsiplərdən hesab olunur. Hər bir dövlətin əsas funksiyalarından biri vətəndaşların maraqlarını qorumaq, onları ədalətli şəkildə təmin etmək və cəmiyyətdəki sosial bərabərliyi saxlamaqdır. Dövlətin bu missiyası həm hüquqi, həm də sosial əsaslarla həyata keçirilir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

İctimai və dövlət maraqlarının müdafiəsi hüquqi çərçivədə həyata keçirilir. Bu çərçivə beynəlxalq müqavilələrdən tutmuş, yerli qanunvericiliyə qədər müxtəlif səviyyələrdə mövcuddur. Hüquqi sistemlər və qanunlar, bu maraqların qorunmasını təmin edən əsas vasitədir.

Azərbaycan bu sahədə uğurlu addımlar atıb

Mövzunu “Yeni Azərbaycan”a şərh edən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və hansı ideyalara xidmət etməsindən çox asılıdır. R.Zeyninin sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür: “Bu, o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Əgər bir az da açsaq, dövlət xalq deməkdir, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında təbii olaraq əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir”.

Köklü modernləşməyə xüsusi diqqət edilməlidir

R.Zeyni qeyd edib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir: “Eyni zamanda, bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz. Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda, o da mühümdür ki, ölkənin  siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.

Milli maraqlar hər bir dövlətin siyasətini müəyyən edir

Birlik sədrinin sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətini müəyyən edən milli maraqlardır. İnsanın etdiyi hər şey onun şüurundan keçir. Onun fəaliyyətinin daxili mənbələri ehtiyac və maraqlardır, onları nəzərə almadan dövlətlərin, partiyaların, sosial qrupların və konkret şəxslərin siyasətində əsl məna, niyyət və konkret addımları anlamaq mümkün deyil. Tarixə nəzər salmaq bizi inandırır ki, insanların hərəkətləri öz maraqlarından irəli gəlir və yalnız onlar əsas rol oynayırlar. Bu baxımdan siyasi maraqlar məsələsinə xüsusi diqqət olunmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Müstəqil olmaq və xalqın dövlət kimi formalaşması şəraitində maraqların tabeliyində milli maraqlar üstünlük təşkil edir. Nəticə daha yaxından araşdırıldıqda cəmiyyətin bir sivilizasiyadan digər sivilizasiyaya çevrilməsində maraqların rolunun böyük olduğunu deməyə əsas verir. Dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.

Göründüyü kimi, ictimai və dövlət maraqlarının müdafiəsi, cəmiyyətin davamlı inkişafı və rifahı üçün zəruridir. Tarixi perspektivdə dövlətin maraqları zamanla dəyişib, hüquqi baxımdan müxtəlif hüquqi çərçivələr bu maraqları təmin etmək məqsədini güdüb. Sosial aspektdə isə dövlət vətəndaşların bərabər hüquqlarını qorumağa çalışır və sosial ədaləti təmin etməyə yönəlmiş siyasətlər həyata keçirir. Bu üç perspektiv, ictimai və dövlət maraqlarının müdafiəsinin əsas hissələridir və bir-birini tamamlayaraq, cəmiyyətin sağlam və ədalətli inkişafını təmin edir.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri