Icma.az
close
up
RU
Qadınların savadlılığı: cəmiyyətin inkişafı üçün zəruri şərt

Qadınların savadlılığı: cəmiyyətin inkişafı üçün zəruri şərt

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir qadının təhsil almasının onun quracağı ailənin gələcəyinə, orada böyüyəcək uşaqlara və sonrakı nəsillərə təsiri çox böyükdür. Müşahidələr göstərir ki, hər sahədə güclü olan, inkişaf edən ölkələrdə həm kişilərin, həm də qadınların təhsilə verdiyi önəm yüksəkdir. Bir az da konkretləşdirsək, təhsilli anaların yaşadığı cəmiyyət savadlı olur. Bu baxımdan qadınların təhsilli olması çox önəmli və vacib məsələlərdən biridir.

Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, hələ də qadınların və qızların təhsili ilə bağlı görülməli bir çox mühüm işlər var: "Biz hələ bu yolun başlanğıcındayıq. Əhalinin təxminən yarısı qadınlardır və bu yarısını kənarda qoymaq, təhsilin yarısını kənarda qoymaq deməkdir. Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır".

Nazir qeyd edib ki, dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur: "Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9-11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır.

Son illərdə əsas narahatlıq doğuran məqam oğlanların nəticələridir. Bu gün qızların nəticələrində müəyyən irəliləyiş müşahidə olunur, lakin oğlanlarda müəyyən geriləmələr var".

Kənd yerlərində valideynlər daha kiçik yaşlardan övladlarına əkin-biçin, qoyun-quzu otarmaq, bağ-bostan işləri ilə məşğul olmaq kimi sahələri öyrədərək ailəyə pul qazanmağa dəstək olmalarını istəyirlər. Nəticədə isə həmin gənclər təhsildən yayınırlar. Təbii ki, bu faktlar təkcə qızlara deyil, oğlanlara da şamildir. Amma statistikaya baxsaq, təhsildən yayınma faktlarında mənfi mənada üstünlüyün hər zaman qızlarda olduğuna şahid ola bilərik. Bəli, o da etiraf edilməlidir ki, Azərbaycanda qızların təhsildən yayınma problemi təkcə rayonlarda deyil, eləcə də Bakı kəndlərində də qalmaqdadır. Bakı ətrafı kəndlərdə yaşayan bir çox ailələr qız övladlarının təhsil almasına müsbət yanaşmırlar. Az qala qızların təhsil almasını ayıb bilərək, onları hər mövzuda olduğu kimi, elm öyrənməkdə də qısıtlayırlar. XXI əsrdə hələ də belə ailələrin mövcudluğunu yalnız dəhşətli bir hadisə kimi qiymətləndirmək olar.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəzi ucqar rayonlarda qızların təhsilalma hüququndan məhrum edildiyini deyir: "DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil almaq imkanları təhlil edilir. Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90 faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınma faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini yarımçıq qoymasının əsas səbəbi erkən nigahdır. Təəssüflə qeyd etmək istəyirəm ki, hələ də bəzi valideynlər hesab edirlər ki, qız övladlar təhsil almaqdansa, erkən yaşda ailə qursa, yaxşıdır. Bu məqsədlə də onları məktəbdən, təhsildən uzaqlaşdırıb ailə qurdururlar".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova qeyd edib ki, hələ də ölkədə qızların təhsildən yayındırılaraq erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Valideynlər anlamalıdır ki, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan zərbədir. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur: "Qızların erkən yaşda nikaha məcbur edilməsi cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri bu qanunsuz və insanlığa zidd addımın qarşısının alınması üçün mübarizə aparır. Ancaq yenə də erkən nikahlar baş verir. Yenə də valideynlər qız övladlarını təhsildən yayındırıb, erkən yaşda ailə qurmağa məcbur edirlər".

Hicran Hüseynova vurğulayıb ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: "Ancaq əfsus ki, bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova hesab edir ki, qadınların təhsilli olması erkən yaşda nikahların azalması deməkdir: "Qızların təhsilə cəlb edilməsi istiqamətində atılan addımların, stimullaşdırıcı tədbirlərin nəticələrini görmək arzuolunandır. Amma yenə də qızların təhsildən yayındırılması sahəsində görüləcək işlər çoxdur. Son bir neçə ildə ali məktəbə daxil olan qızların sayının artması mövcud problemin tamamilə aradan qalxması anlamına gəlib bizi arxayın salmamalıdır. Əgər qızların daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha çox aparılmalıdır. Qızların təhsilə cəlb olunması üçün xüsusən də bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar. Qadının təhsilli olması və işləməsi özünü daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir.Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən yayındırılması, qız uşaqlarının ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir. Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı "problem"dir və ondan xilas olum. Halbuki erkən evliliklə bu "problem" bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə görə, qızların erkən yaşda ərə verilməsinin baiskarı valideynlərdir: "Qız övladı 15-16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı dərk etmir, dünyagörüşü tam formalaşmayıb. Valideynlər anlamalıdırlar ki, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün qadının təhsilli olması vacib şərtlərdəndir. Bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri