Icma.az
close
up
RU
Çempion olmağa layiq komandayıq, amma rəqibimiz az olmayacaq Səbail in müdafiəçisi

Çempion olmağa layiq komandayıq, amma rəqibimiz az olmayacaq Səbail in müdafiəçisi

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Səbail"in müdafiəçisi Fuad Bayramov Sportal.az saytına müsahibə verib. Premyer Liqada "Şamaxı" və "Zirə" klublarında oynamış sol cinah müdafiəçisi yenidən yüksək liqada oynamaq istədiyindən bəhs edib.

- "Səbail"in toplanışı necə gedir, hər şey sizi qane edir? Demək olar ki, çempionata artıq hazırsınız?

- Toplanışımız istədiyimi səviyyədə keçir. Ümumilikdə hazırlığımız da yaxşıdır. Çempionatın startına kimi tam formada olacağıq. Buna çox inanıram. Hamımız çox istəkli və inamlıyıq.

- Bu mövsüm "Səbail"dən gözləntilər yüksəkdir. I Liqanın ən güclü heyətinə malik olduğunuz iddiası ilə razısan?

- Bilirsiz, burada çox yaxşı kollektiv yığılıb. Çempion olmağa da layiq komandayıq. Düşünürəm ki, çempionluq yolunda rəqiblərimiz az olmayacaq. Allah qoysa, sonda sevinən tərəf "Səbail" ailəsi olacaq. Biz sona qədər mübarizə aparacağıq. Bu, dəqiqdir.

- Türkiyə toplanışı zamanı "Sakaryaspor"la yoxlama görüşündə dava-dalaş düşdü. Həmin hadisənin sonu necə bitdi, oyundan sonra tərəflər arasında görüş oldu?

- Əlbəttə ki, hər şey yaxşıdır. Futboldur da, bəzən belə hallar olur. Oyunun gərginliyindən anlaşılmazlıqlar yarana bilir. Matçdan sonra əl sıxışdıq, barışdıq. Hər şey yaxşıdır, heç bir problem yoxdur. 

- Ötən mövsümü icarə əsasında "Mingəçevir"də keçirdiniz. "Qəbələ"yə qarşı Premyer Liqaya çıxmaq uğrunda pley-off görüşündə uduzmuşdunuz. "Mingəçevir"lə bunu etmək niyə alınmamışdı?

- Təcrübəsizlik bunu edə bilməyimizə mane oldu. Digər tərəfdən, "Qəbələ" çox yaxşı komandadır. Oyuna da yaxşı hazırlaşmışdılar. Bunu dərhal görmək olurdu. Səviyyə fərqi də göz önündə idi. Təəssüf ki, sevinən tərəf biz olmadıq.

- Artıq "Zirə"yə məxsus deyilsən. "Zirə"də çox oynamamağınızı nə ilə əlaqələndirirsən? Yəqin ki, Premyer Liqaya "Səbail"in heyətində geri qayıtmağı çox istəyirsən..

- Bəli, artıq "Səbail" uğurları üçün çalışacam. Əlbəttə ki, yenidən Premyer Liqaya geri qayıtmaq istəyirəm. Bunu da "Səbail" ailəsi ilə reallaşdırmaq niyyətindəyəm. Təbii ki, bunun baş tutması üçün əlimdən gələnin artığını etməyə də hazıram. Mövsümün sonunda "Səbail"lə yenidən Premyer Liqada olmağı çox istəyirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Avqust 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri