“Qarabağ” çempion olacaq, “Səbail” elitanı tərk edəcək
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Euro Club Index” portalı Azərbaycan Premyer Liqasında mövsümün yekunları ilə bağlı təxminləri açıqlayıb.
Futbolpress.az xəbər verir ki, təxminlərə görə, “Qarabağ” 87 xalla çempionatı zirvədə bitirəcək. “Zirə” isə 69 xalla gümüş medalların sahibi olacaq.
Avrokuboklara vəsiqənin sahibi – üçüncü pillədəki komanda isə “Araz-Naxçıvan” olacaq. Naxçıvan təmsilçisi 4-cü pillədəki “Turan Tovuz”u 3 xal qabaqlayacaq.
Elitanı isə “Səbail” tərk edəcək. Hazırda 19 xalı olan Bayıl klubu qarşıdakı turlarda 6 xal daha toplayacaq və 25 xalla çempionatla vidalaşacaq. 9-cu “Kəpəz” isə onları 6 xal üstələyərək, 31 xalla mövsümü indiki mövqeyində bitirəcək.
Baxış sayı:83
Bu xəbər 31 Mart 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















