Icma.az
close
up
RU
Çempionatın əvvəlində gözləntilər olur MÜSAHİBƏ

Çempionatın əvvəlində gözləntilər olur MÜSAHİBƏ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş futbolçu, məşqçi Arif Əsədovun SİA-ya müsahibəsini təqdim edirik:

- Arif bəy, mövzumuz Azərbaycan Premyer Liqası ilə bağlıdır. Bildiyiniz kimi, artıq mövsümün sonuna yaxınlaşırıq. Komandaların hazırkı vəziyyəti nə yerdədir? Qarabağ çempionluğunu təmin etdi. Bu mövzularla bağlı sizin də fikirlərinizi alsaq, xoş olardı.

- Çempionatın əvvəlində gözləntilər olur: hansı komandalar çempionluğa oynaya bilər, hansı komandalar avrokuboklara getmək üçün mübarizə apara bilər, hansı komandalar isə Premyer Liqanı tərk edə bilər? Bu nöqteyi-nəzərdən yanaşsaq, Qarabağın çempionluğu şübhə doğurmurdu. Hamı bilirdi ki, Qarabağ bu il də çempion olmaq üçün böyük potensiala sahibdir. Son illərdə Qarabağ əlçatmaz bir komanda kimi Azərbaycan Premyer Liqasında öz dominatlığını nümayiş etdirib. Lakin maraqlısı o idi ki, Avropa Liqasında və Konfrans Liqasında hansı komandalar ölkəmizi təmsil edəcək? Böyük ölçüdə çempion və ikinci yerin sahibi məlumdur. Burada bir sual qalır ki, üçüncü və dördüncü yerin sahibləri kim olacaq və ölkəmizi Konfrans Liqasının təsnifatında təmsil edəcək? Bir də Azərbaycan Kubokunun final oyunu var ki, orada qalib olan komanda da əlavə olaraq ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Son pillədə artıq məlumdur ki, "Səbail" Premyer Liqanı tərk edəcək və gələn il aşağı divizyonda mübarizə aparacaq. Bir də onu qeyd etmək istəyirəm ki, mövsümün əvvəlində bizim ilk dördlükdə "Neftçi"ni də görmək ümidimiz var idi. Lakin bu il "Neftçi", çox güman ki, ölkəmizi UEFA-da təmsil edə bilməyəcək. Təəssüf ki, "Neftçi" artıq iki mövsümdür ki, ölkəmizi avrokuboklarda təmsil etməkdən kənarda qalır. Bunun da səbəbi məlum məsələlər və amillərdir.

- Arif bəy, bəs siz necə düşünürsünüz? Qarabağ qeyd etdiyimiz kimi çempion oldu. Lakin Qarabağ bu yerə layiqdirmi? Çünki Qarabağ bu mövsüm Avropa Liqasında hamının gözlədiyindən aşağı səviyyədə çıxış etdi. Bəs sizcə, çempionatda necə?

- Hələ Qarabağa qarşı rəqabət göstərə biləcək klublarımız yoxdur və buna tam hazır deyillər. Amma qeyd etdiyiniz kimi, Avropa Liqasında bu il uğursuz mövsüm oldu. Burada da səbəblər var. Adətən komandalarda belə hallar olur. Bəzən görürsən ki, uğurlu bir qrafiklə gedirlər, sonra isə bir eniş olur. Amma əsas odur ki, o enişdən nəticə çıxarılıb, gələn mövsüm üçün o çatışmazlıqlar üzərində çalışılsın və daha yaxşı çıxış etsinlər.

- Bəs sizin fikrinizcə, bu enişlərin səbəbləri nə idi? "Qarabağ"da nələr çatmırdı bu il Avropa Liqası oyunlarında?

- İlk növbədə onu deyə bilərəm ki, bildiyimiz kimi, UEFA həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də Konfrans Liqasında format dəyişikliyi etdi. Əvvəllər bildiyimiz kimi, qruplardan ibarət olan UEFA yarışları bu il liqa formatında keçirilirdi. Komandalar əvvəllər ilk oyunlarında artıq rəqiblərini tanıyırdılarsa, bu il isə liqa formatında olduğu üçün rəqibləri analiz etmək çox çətin idi. Bunun da nəticəsi olaraq Qarabağ bu il Avropa Liqasında zəif çıxış etdi. Komandaların özləri də çox güclü rəqiblər idi ki, sonradan biz də şahid olduq ki, Qarabağın qrupunda olan komandalar yarımfinala qədər irəlilədilər. Bunu nəzərə alsaq, Qarabağ bu baxımdan çox çətinlik çəkdi. Bir az heyətdə də rəqabətin az olması belə nəticələrin alınmasına səbəb oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri