Icma.az
close
up
RU
Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk günü maraqlı məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS baş tutan qarşılaşmalardakı statistik faktlardan ibarət hesabat təqdim edib.

- Səfərdə “Mançester Siti”yə 3:2 hesabı ilə qalib gələn “Real” Çempionlar Liqası/Çempionlar kuboku (ÇL/ÇK) tarixində 300 qələbə qazanan ilk komanda olub. “Bavariya” 241, “Barselona” 209 dəfə sevinib.

- “Real” ÇL/ÇK-da ilk dəfə səfər matçının uzatma dəqiqələrindəki qolla qalib gəlib.

- “Real” ÇL-də “Mançester Sit” üzərində ilk səfər qələbəsini qazanıb. Əvvəlki 6 matçda 3 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

- “Real” Pep Qvardiolanı karyerası ərzində çalışdırdığı bütün klubların meydanında məğlub edən ilk komanda olub. Madrid klubu Barselonada eyniadlı komandanı 2:1, Münhendə “Bavariya”nı 4:0 hesabı ilə üstələyib.

- Karlo Ançelotti “Real”ın baş məşqçisi kimi ÇL/ÇK-da ən çox qələbə qazanan mütəxəssis olub – 72 dəfə. O, Migel Munyosu (71) keçib. Visente Del Boske 60, Zinəddin Zidan 53, Joze Mourinyo 36 qələbəyə sevinib.

- “Mançester Siti” cari mövsüm ÇL oyunlarının son 15 dəqiqəsində hamıdan çox – 7 qol buraxıb.

- “Mançester Siti”nin 2018-ci il sentyabrın 19-da “Lion”a uduzduqdan sonra başlayan evdəki 34 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

- “Mançester Siti” 2019-cu il aprelin 9-da “Tottenhem”ə uduzduqdan sonra ilk dəfə ÇL-in pley-offunun ilk oyununda məğlub olub.

- Erlinq Haland ÇL-də “Real”a ilk qolunu vurub. Ona bunun üçün 378 dəqiqə və 14 zərbə lazım gəlib.

- Haland ÇL-dəki karyerası ərzində (təsnifat oyunları daxil olmaqla) cəmi 53 qol vurub. Bu, 1955-ci ildən indiyədək 25 yaşına çatmamış oyunçular üçün ən yaxşı nəticədir. Lionel Messi 25 yaşadək 52 qol vurub.

- “Brest” – PSJ (0:3) qarşılaşması ÇL tarixinə eyni ölkə təmsilçilərinin 1/4 finaldan tez baş tutan ilk dueli olub. ÇK dövründə (1955-1992) 3 belə hadisə yaşanıb. 1960-cı ildə “Real”la “Barselona” 1/8 finalda, 1978-ci ildə “Nottingem Forest”lə “Liverpul” 1/16 finalda, 1985-ci ildə “Verona” ilə “Yuventus” 1/8 finalda üz-üzə gəlib.

- “Brest” 40 ildir PSJ-ni məğlub etmir. Onların sonuncu qələbəsi 26 yanvar 1985-ci ildə (3:1) olub. Həmin vaxtdan PSJ bütün yarışlarda 30 rəsmi oyunda 22 qələbə qazanıb və 8 heç-heçə edib. Son 18 oyunda fərq daha da böyükdür – 17 qələbə, 1 heç-heçə.

- PSJ-nin bütün yarışlar üzrə son 15 oyununda 14 qələbə və 1 heç-heçə qeydə alınıb. Top fərqi 43-15-dir.

- PSJ Unai Emerinin rəhbərliyi altında 2017-ci ilin sentyabr-noyabr aylarındakı 5 oyunluq seriyasından sonra ilk dıəfə dəfə ardıcıl 4 ÇL matçında 3+ qol vurub.

- Usman Dembele Antuan Qrizmanndan sonra (16 may 2018-ci ildə Avropa Liqasında "Atletiko"nun heyətində "Marsel"ə qarşı) avrokuboklarda Fransada yerli kluba qol vuran ikinci fransalı olub.

- 2025-ci ildə PSJ-nin heyətində 15 qol vuran Usman Dembele karfyerası üçün klub səviyyəsində bir təqvim ili üçün rekordunu təkrarlayıb.

- Dembele bu il bütün yarışlarda Avropanın ən yaxşı 5 liqasında olan bütün oyunçulardan 5 qol çox vurub. Kilian Mbappe 10 və Mateo Reteqi 9 dəfə fərqlənib.

- Dembele bütün yarışlarda keçirdiyi son 8 matçın hər birində qol vurub. O, PSJ tarixinin rekordunu təkrarlayıb. Neymar iki dəfə, Biançi və Mbappe bir dəfə belə seriyaya imza atıb.

"Yuventus" - PSV (2:1) matçında meydan sahiblərinin start “11-liy”inin orta yaşı 25 il 172 gün idi. Bu, klubun ÇL-in pley-off mərhələləri üçün ən gənc heyətidir.

- PSV 14 sentyabr 2004-cü ildən sonra ÇL-in pley-offunda ən yaşlı (27 il 259 gün) yaşlı heyətini meydana buraxıb.

- 36 yaşlı İvan Perişiç ÇL-də qol vuran ən yaşlı PSV oyunçusu olub.

- “Sportinq” – “Borussiya” D (0:3) matçında fərqlənən Serj Guirassi cari mövsüm ÇL-də 13 qola (10 qol, 3 məhsuldar ötürmə) töhfə verib. O, klub tarixində ÇL-də bir mövsüm üçün ən yüksək göstəriciyə imza atıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri