Icma.az
close
up
RU
Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarının ilk günü maraqlı məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS baş tutan qarşılaşmalardakı statistik faktlardan ibarət hesabat təqdim edib.

“Atalanta” – “Brügge” - 1:3

- “Anderlext”in “Yuventus” üzərində qələbə qazandığı 1981-ci ildən sonra ilk dəfə Belçika komandası Çempionlar kuboku/Çempionlar Liqasında (ÇK/ÇL) italiyalı rəqibini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb.

- Avropa yarışları tarixində ilk dəfə Belçika komandası İtaliyada yerli rəqibinə “3+” qol vurub.

- “Brügge”nin futbolçusu Şemsdin Talbi ÇL-in pley-off mərhələsində qol vuran dördüncü ən gənc oyunçu (19 yaş 285 gün) olub. O, yalnız Kilian Mbappe (18-113), Erlinq Haland (19-212) və Nikolo Zaniolodan (19-225) geri qalıb.

- Talbi həm də ÇL-də dubl edən ən gənc belçikalıdır.

- Ademola Lukman (“Atalanta”) meydana daxil olduqdan 34 saniyə sonra qol vurub. Bu, CL-in cari mövsümündə ən sürətli qoldur.
Ondan sonra ikinci olan İlenihena (“Monako”) da dünən “Benfika” ilə qarşılaşmada 46 saniyə ilə qol vurub.
Oyuna daxil olduqdan bir dəqiqədən az müddətdə qol vuran digər iki oyunçu Pereyra Lage (“Brest” – “Zalsburq”, 47 saniyə) və Haraldsson (“Lill” – “Şturm”, 59 saniyə) olub.

"Bavariya" - "Seltik" - 1:1

- “Seltik”in futbolçusu Nikolas Kun ÇL-dəki ilk üç qolunu Almaniya klubuna vuran ilk almandır. Avrokuboklarda isə buna yalnız Lotar Matteus (1980-1981, UEFA Kuboku) və Volfqanq Funkel (1985-86, Kuboklar Kuboku) nail olub.

- Nikolas Kün həm də 2014-cü ilin martında “Arsenal”ın heyətində fərqlənən Lukas Podolskidən sonra ÇL-in pley-offunda “Bavariya”ya qol vuran ilk alman futbolçudur.

- “Seltik” 2003-cü ildən sonra “Bavariya” ilə səfər oyununda hesabı açan ilk Şotlandiya klubu olub. 22 il əvvəl də Qlazqo təmsilçisinin özü bunu bacarıb.

- Alfonso Davisin qolu (93 dəqiqə 13 saniyə) "Bavariya"nın 1999/2000 mövsümünün “Porto” 1/4 final matçından sonra ÇL-də vurduğu ən gec qələbə qoludur. 25 il əvvəl Linke (92 dəqiqə 27 saniyə) fərqlənib.

“Benfika” – “Monako” - 3:3

- Fransa klubları ÇK/ÇL tarixindəki Portuqaliyaya 22 səfərdən yalnız 1 dəfə qalib gəlib: 5 heç-heçə, 16 məğlubiyyət.

- “Benfika” ÇK/ÇL-də heç vaxt Fransa klubuna evdə uduzmayıb: 13 qələbə, 6 heç-heçə.

- Vangelis Pavlidis ÇL-in bir mövsümündə 7 qol vuran ilk Benfika oyunçusudur. Darvin Nunyes (2021-22) və Joao Mario (2022-23) hərəyə 6 qol vurub.

“Milan” – “Feyenoord” - 1:1

- Feyenoord” 1999/00-dan sonra ilk dəfə Çempionlar Liqasının 16 ən güclüsü sırasına düşüb. Həmin vaxt bu, ikinci qrup mərhələsi olub.

- “Feyenoord” Avropa yarışlarının pley-off mərhələsində “Milanı hər iki qarşılaşmada mübarizədən kənarlaşdırıb. ÇK-nın 1969/70 mövsümünün 1/8 finalında da uğur qazanıb.

- “Milan” 1995-ci ildə “Ayaks”a uduzduqdan sonra ikinci dəfə Niderland komandası ilə dueldə ÇL-lə vidalaşıb.

- Santyaqo Ximenes 2024/25 mövsümündə ÇL-in ən erkən qolu (36 saniyə) vuraraq “Milan”ı əvvəlki klubu “Feyenoord”a qarşı matçda irəli çıxarıb. Bu, “Milan”ın ÇL-də vurulan 3-cü ən erkən qoludur. Klarens Zeedorf (22 saniyə, 2005/06, “Şalke” ilə qarşılaşma) və Aleşandre Pato (25 saniyə, 2011/12, “Barselona”) daha erkən qola sevinib.

- “Milan” ÇL-də 1-ci dəqiqədə ən çox qol vuran komandadır – 4. Paolo Maldini 2004/05-də “Liverpul”a 51 saniyədə qol vurub. “İnter” və “Barselona”nın 3 belə qolu var.

- Santyaqo Ximenez ÇL-in eyni mövsümündə eyni komanda üçün də, onun qapısına da (avtoqollar istisna olmaqla) qol vuran ilk oyunçu olub.
ÇK dövrünü nəzərə alsaq, o, Konni Torstenssondan sonra 2-ci belə oyunçudur (1973/74, “ Bavariya”).
Ximenez 29 yanvar 2025-ci ildə “Feyenoord”da “Lill”in, 18 fevral 2025-ci ildə “Milan”la “Feyenoord”a qol vurub. O, ÇK/ÇL tarixində ən qısa intervalla – 20 gün fərqlə eyni komanda üçün və onun qapısına qol vuran oyunçudur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri