Icma.az
close
up
RU
Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarının ikinci günü maraqlı məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS baş tutan qarşılaşmalardakı statistik faktlardan ibarət hesabat təqdim edib.

“Real” – “Mançester Siti” - 3:1

- “Real” İngiltərə klubları ilə cavab matçını evdə keçirdiyi son 7 avrokubok duelində mərhələ adlayıb:

1975/76. “Derbi Kaunti”
1984/85. “Tottenhem”
2015/16. “Mançester Siti”
2021/22. “Çelsi”
2021/22. “Mançester Siti”
2022/23. “Liverpul”
2024/25. “Mançester Siti”

- “Real”la “Mançester Siti” arasında 6 avrokubok duelinin hamısında ilk qolu vuran komanda mübarizəni dayandırıb:
2016. Fernando (“Real” mərhələ keçib)
2020. İsko (“Mançester Siti” mərhələ keçib)
2022. De Bruyne (“Real” mərhələ keçib)
2023. Vinisius (“Mançester Siti” mərhələ keçib)
2024. Bernardo Silva (“Real” mərhələ keçib)
2025. Haland (“Real” mərhələ keçib)

- “Real” ÇL-də “Mançester Siti”ni məğlub etdiyi mövsümlərdə kuboku qazanıb: 2016, 2022 və 2024-cü illərdə.

- “Mançester Siti” tarixində 3-cü dəfə ÇL-in 1/8 finalından kənarda qalıb. Bu, 2011/12 və 2012/13 mövsümlərində də yaşanıb. Hər iki dəfə qrup mərhələsində mübarizədən kənarlaşdırılıb.

- Pep Qvardiola məşqçilik karyerasında ilk dəfə ÇL-in 1/8 final mərhələsindən əvvəl mübarizəni dayandırıb.

- Qvardiola məşqçilik karyerasında ilk dəfə rəsmi yarışlarda bir mövsüm ərzində 13 məğlubiyyət alıb.

- Kilian Mbappe ÇK/ÇL tarixində həm “Santyaqo Bernabeu”, həm də “Kamp Nou”da (2021-ci ildə PSJ ilə "Barselona"ya qarşı) het-trik edən yeganə oyunçudur.

- Mbappe ÇL-in pley-off matçlarında het-trik edən 4-cü “Real” futbolçusudur: Ronaldo (“Mançester Yunayted”ə qarşı), Kriştiano Ronaldo (“Volfsburq”, “Bavariya” və “Atletiko”ya qarşı), Benzema (PSJ və “Çelsi”yə qarşı).

- Mbappe ÇL-də Pep Qvardiolanın komandalarına ən çox qol vuran oyunçu kimi Lionel Messiyə çatıb - hər ikisi 7.

PSJ – “Brest” – 7:0

- PSJ bütün Avropa yarışlarında ən böyük qələbəsini qazanıv.

- PSJ 2024/25 mövsümündə “Brest”in qarşısına 18 qol vurub: Liqa 1-də 8, Çempionlar Liqasında 10. Bu, klubun bir mövsümdə rəqibə qarşı ən çox qol vurmaq rekordudur.

- PSJ 10 top fərqi ilə üstünlük qazanıb – 3:0 və 7:0. ÇL dövründə yalnız “Bavariya” daha böyük fərqə sevinib: 2009-cu ildə “Sportinq”lə 12:1.

- “Brest” Fransa komandalarının ÇL-də ən ağır məğlubiyyəti alıb. Yarmarkalar kubokunu nəzərə alsaq, bu, ikinci ən ağır yenilginin təkrarıdır:

17 sentyabr 1961. “Budapeşt” – “Strasburq” – 10:2
10 dekabr 1958. "İnter" - "Lion" - 7:0.

"Borussiya” D - "Sportinq" - 0:0

- Niko Kovaç (“Borussiya” D) baş məşqçi kimi ÇL-də keçirdiyi 13 oyunun yalnız birində məğlub olub (8 qələbə, 4 heç-heçə). Bu, turnirin tarixində “10+” oyun keçirmiş bütün məşqçilər arasında Hansi Fliklə birgə ən aşağı məğlubiyyət faizidir - 7,7%.

- Serj Guirassi penaltini qaçıraraq, 10 oyunluq qol və ya assist etmək seriyasını davam etdirə bilməyib. O, belə uzun məhsuldar seriyaya malik 4 oyunçudan biridir.

PSV – “Yuventus” - 3:1 (əlavə vaxtda)

- “Yuventus” birinci dəfə ÇL-in pley-offunun ilk oyununda qalib gəldikdən sonra cavab görüşündə mübarizəni dayandırıb. Əvvəlki 11 oyunun hamısında turu adlayıb.

- PSV 2001-ci ilin noyabrından sonra ilk dəfə avrokubokların pley-offunun ilk oyununda uduzduqdan sonra revanşla mərhələ keçib. Həmin vaxt UEFA Kubokunda PAOK səddi keçilib.

- Tarixdə ikinci dəfə iki Niderland komandası (“Feyenoord” və PSV) ÇL-in 1/8 finalına yüksəlib. 2005/06 mövsümündə bunu PSV və “Ayaks” bacarıb.

- 36 yaş 17 günlüyündə PSV-nin heyətində fərqlənən İvan Perişiç ÇL-in olimpiya sistemli mərhələlərində ardıcıl iki oyunda qol vuran ən yaxşlı futbolçudur.

- Timoti Vea (“Yuventus”) atası Corcun ÇL-dəki son qolundan 25 il sonra ilk dəfə fərqlənib. Corc Vea 1999-cu ildə “Milan”ın heyətində “Qalatasaray”a qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri