Çempionlar Liqasında Qarabağ ı da gözləyən xaotik gün
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gələn həftə UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci turun oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, məhz bu turda turnirin 1/8 final, eləcə də pley-off mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gələcək. Və bu tur, necə deyərlər, sanki xaotik bir tur olacaq.
Birincisi...
O səbəbdən ki, əvvəla bu dəfə 18 oyunun hamısı adəti üzrə iki fərqli gündə deyil, eyni gün və hətta eyni saatda başlayacaq: yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da.
Azərbaycanın gözü isə həmin gün "Enfild" stadionunda olacaq. İngiltərədə yerli "Liverpul" bizim "Qarabağ"ı qəbul edəcək. Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.
Son turu xaotik edəcək ikinci və əsas səbəb
Bəs, 7 turdan sonra hansı komandalar növbəti mərhələlərə vəsiqəni təmin ediblər? Onların sayı 15-dir.
Artıq 1/8 finala vəsiqə qazananlar:
"Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya)
Ən azı pley-off mərhələsini təmin edənlər:
"Atalanta" (İtaliya), "Atletiko" (İspaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Nyukasl" (İngiltərə), PSJ (Fransa), "Real" (İspaniya), "Sportinq" (Portuqaliya), "Tottenhem" (İngiltərə), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya)
Pley-offa çıxmaq şansını itirənlər:
"Ayntraxt" (Almaniya), "Vilyarreal" (İspaniya), "Kayrat" (Qazaxıstan), "Slaviya" (Çexiya)
Beləliklə, 6 komanda son final fitinə qədər 1/8 final, "Qarabağ" da daxil olmaqla daha 17 komanda isə pley-off mərhələsi üçün yarışacaq. Hətta bu gün Azərbaycan çempionundan 4 xal geri qalan - cəmi 6 xalı olan 5 komandanın belə nəzəri baxımdan Liqa mərhələsini ilk "24-lük"də başa vurmaq şansı var.
Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.
7 turdan sonra turnir cədvəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















