Icma.az
close
up
RU
“Qarabağ”ı Çempionlar Liqasında nə gözləyir? Şans və reallıqlar (Açıqlama)

“Qarabağ”ı Çempionlar Liqasında nə gözləyir? Şans və reallıqlar (Açıqlama)

Icma.az bildirir, Olke.az portalına istinadən.

Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ın rəqiblərinin adı açıqlanandan sonra çoxları düşünür ki, təmsilçimiz onların qarşısında aciz qalacaq. Habelə “atlılar”ın indiyədək Avropa Liqalarına düşməsini, nəticələrini möcüzə adlandıranlar da var. Püşkətmadan sonra azarkeşlərdə bir qədər bədbinlik müşahidə olunur. 

Görəsən, futbolda şans və baş məşqçi Qurban Qurbanov amilini nəzərə alsaq, hansı möcüzəni və ya reallığı gözləmək olar?

İdman jurnalisti Elçin Cəlilov Ölkə.az-a bildirib ki, "Qarabağ"ın avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması artıq möcüzə adlana bilməz: "Çünki möcüzə təsadüfən, yaxud gözlənilməz məqamda olursa, möcüzə adlanır. "Qarabağ" isə artıq 12 ildir ki, avrokuboklarda qrup mərhələsinə düşür. Bu Avropa Liqası da olub. Konfrans Liqası da olub və bununla ikinci dəfədir artıq Çempionlar Liqası kimi dünyada ən nüfuzlu futbol turnirinin əsas mərhələsinə vəsiqə qazanır. Təcrübəsi çox böyükdür. Amma futbolda elə məsələlər var ki, həlledici rol oynayır. Məsələn liqa mərhələsində "Qarabağ"a düşən rəqiblərin arasında "Ayntraxt", "Kopenhagen", "Benfika" ilə bərabər səviyyədə müəyyən mənada mübarizə apara bilər. Digər komandalar çox təcrübəlidir və imkanları “Qarabağ”dan həddindən artıq böyükdür.

Düzdür, mən də futbolda büdcə, maliyyə amilinin əsas rol oynamadığını düşünənlərdənəm. Amma fərq çox böyük olanda artıq bu fundamental təsir edir və adını çəkdiyim klubların hər birinin büdcəsi "Qarabağ"dan azı 2-3 dəfə böyükdür. Bəzən 5-10 dəfə böyük olduğu klublar var. 

Ona görə də biz düşünürük ki, oyunlar başlayanda "Qarabağ" heyətini nə qədər kompaktlaşdıracaq? Bu məsələ çox vacibdir. Müəyyən mövqelər var ki, onlar güclənməlidir, amma indi transfer edəcəyi yeni oyunçunun adaptasiya məsələsi də var. Düzdür, elə oyunçu var tez adaptasiya olunur, eləsi var gec, amma kompaktlaşmaq və öz oyununu əzbərə çevirmək üçün zaman lazım olur. Yenilər gəlsə belə inanmıram ki, komandanın oyununa ekstra bir qatqı sərgiləsinlər.

"Qarabağ"da müəyyən bir sistem var və sistemə tabe bir komandadır. Düşünürəm ki, bu sistem güvənilir sistemdir, amma icraçılar arasında disbalans var. Elə mövqe var, çox yaxşıdır, güclüdür, elə mövqe var, boşluq var. Hər halda mən ümumiyyətlə, bir jurnalist və eyni zamanda futbol azarkeşi kimi belə yanaşardım ki, "Qarabağ" əsas missiyanı yerinə yetirib. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq Azərbaycan futbolu adına özü hardasa bir nonsensdir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri