Çempionlarla görüş FOTO
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lənkəranda Avropa çempionu, dünya çempionatının mükafatçısı Orxan Səfərov və yaponiyalı beynəlxalq dərəcəli cüdo mütəxəssisi Kotaro Sasaki ilə olub.
Lənkəran Regional “ASAN xidmət” mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan görüş zamanı qonaqlar öz uğur hekayələrini, peşəkar idman təcrübələrini və qazandıqları dəyərli bilikləri könüllülərlə bölüşüblər. İnteraktiv formatda keçən tədbirdə könüllülər qonaqlara onları düşündürən müxtəlif suallar veriblər. Səmimi cavablar və maraqlı müzakirələrlə yadda qalan görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Lənkəran Regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev də iştirak edib.
Həmçinin o da bildirilib ki, Çempionlarla belə maarifləndirici və motivasiyaedici görüşlər könüllülərin idmana marağın artırılması, eyni zamanda sağlam həyat tərzinə cəlb olunmasında, şəxsi inkişafında, dünyagörüşünün zənginləşməsində və yeni təcrübələr qazanmasında mühüm əhəmiyyət daşıyır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















