İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü, müxtəlif idman federasiyalarının dəstəyi ilə İçərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığında uşaqlar üçün şou-proqram və idman festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində uşaqlar tarixi məkanda qurulan xüsusi idman zonalarında bir sıra idman növləri ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Onlar karate, taekvondo, güləş, cüdo, gimnastika, kapoeyra üzrə maraqlı hərəkətlər öyrənir, öz qüvvələrini sınayırlar. Həmçinin şahmat həvəskarları üçün ayrılmış xüsusi guşələrdə uşaqlar interaktiv şahmat oyunlarında iştirak edirlər.
Eyni zamanda, veteran güləşçilər - Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Hacı Əliyev və Taleh Məmmədov uşaqlarla görüşərək onlara motivasiya verir, gələcəyin potensial idmançılarına avtoqraf paylayır və xatirə şəkilləri çəkdirirlər.
Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqlara bayram sevinci yaşatmaqla yanaşı, onlarda idmana olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 01 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















