Icma.az
close
up
RU
Cənab Dekotini, Sünik yox, Zəngəzur dəhlizi!

Cənab Dekotini, Sünik yox, Zəngəzur dəhlizi!

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Həm də ona görə ki...

“Cənablar, bu Sünikdir və suveren Ermənistanın ərazisidir. Bunu başa düşün”. Belə bir fikri Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkə hesabında paylaşıb. Dekotininin ali diplomatik təmsilçidən çox, ermənipərəst olduğunu bilirik. Onun dəfələrlə vəzifə səlahiyyətlərini aşdığını da həmçinin. Onu da bilirik ki, səfir Fransa ermənipərəstliyinin hazırkı çılğın obrazıdır və bu obraz indiyədək bir çox məsələlərə münasibətdə ölkəsinin anti-Azərbaycan mövqeyini göstərib. Özü də xüsusi həyasızlıqla.

Deməli, Dekotini əsəbləşib. Yuxarıdakı iqtibasdan da bunu hiss etmək mümkündür. Onun əsəbləşməsinə səbəb isə “Azadlıq” radiostansiyasının təqdimatıdır. Əslində, bu media orqanının fəaliyyətinin Azərbaycana əks çoxsaylı təzahürlərindən xəbərdarıq. Onun ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilməsindən də. Yəni, qurum, faktiki olaraq, Birləşmiş Ştatlar administrasiyasının sifarişlərini yerinə yetirir.

Yada salaq ki, sabiq Prezident Co Baydenin zamanında “Azadlıq” Ermənistanı əməlli başlı öyür, ölkəni Cənubi Qafqazda demokratiyanın beşiyi qismində təqdim edir, “avtoritar Azərbaycan” təsəvvürü formalaşdıraraq ikincinin, guya birincini sıradan çıxarmaq, işğalçılıq niyyətlərini qabardırdı. Beləliklə, erməni iqtidarı özünü qlamur hiss edir, Azərbaycana qarşı bütün növ hoqqabazlıqlara baş vurur, ölkəmizlə sülhdən yayınırdı. Doğrudur, bütün bunların heç bir faydası olmurdu. Amma, necə deyərlər, milçək bir şey deyil, könül bulandırır.

Əlqərəz, “Azadlıq” radiostansiyası özünün “X” sosial şəbəkəsindəki hesabında Zəngəzur dəhlizi ilə bağlı kiçik video çarx paylaşıb. Video çarx aşağıdakı sərlövhə ilə yayımlanıb: “İran bundan qorxur, Türkiyə bu barədə xəyal qurur, ABŞ onun yarısını istəyir. Zəngəzura xoş gəlmisiniz”.

Bəli, “Zəngəzura xoş gəlmisiniz” ifadəsini işlədən “Azadlıq” radiostansiyasıdır. Əlbəttə, o qədər sadəlövh deyilik ki, bu media orqanının, nəhayət, obyektiv fəaliyyətə üstünlük verdiyini düşünək. Heç şübhəsiz, Birləşmiş Ştatlarda hakimiyyət dəyişikliyi yaşansa, “Azadlığ”ın obyektivlik meyarının Ağ Ev sahiblərinin baxış bucağına tabe olacağının fərqindəyik.

Amma hesab edirik ki, hər yaşanan hadisə bir tarixdir. Fakt budur ki, “Azadlıq” tarixi həqiqətə işıq salır. Bu yerdə Dekotininin əsəbləşməsi həqiqətin haqsızlığa ironiyasından başqa bir şey deyil və onun Zəngəzurun Sünik olduğunu car çəkməsi, gülməli durum yaradır. O boyda ölkənin ali diplomatik nümayəndəsi özünü elə aparır, sanki, “Azadlıq” radiostansiyası nə yayımladığının fərqində deyil.

Fransa səfirinin açıqlaması nəinki gülməli, eyni zamanda, rəzildir. Dekotini oyuncağı əlindən alınmış uşaq təsiri bağışlayır. Uşaq isə bir qayda olaraq ağlayır. Yəni, Fransa səfirinin yazdıqları ağlamağa oxşayır. Ağlayan isə böyük ölçüdə onun ölkəsidir və tam əminliklə deyə bilərik ki, Dekotininin “Azadlığ”ın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına reaksiyası Fransanın Ermənistan üçün mərsiyəsindəki bir etüddür.

Bəli, “Azadlıq” radiostansiyasının Zəngəzur dəhlizi ifadəsi ABŞ dövlətinin məsələyə münasibətidir. Ancaq başlıca məqam heç bunda da deyil. Başlıca məqam ötən beş ildə Azərbaycan hakimiyyətinin, şəxsən Prezident İlham Əliyevin Zəngəzur dəhlizi məntiqini beynəlxalq miqyasda təbliğ etməsidir. O da məlumdur ki, bu böyük təbliğat işi müəyyən mərhələdə sözügedən ideyanı sadəcə qorudu, onu it-bata düşməməkdən sığortaladı.

Ancaq ölkəmiz öz işini gördü, strateji kursundan bir an belə geri dayanmadı, zamanını gözlədi. Bu gün beynəlxalq aləm Zəngəzur dəhlizindən danışır. Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra Naxçıvana yol xüsusunda dünyanın siyasi terminologiyasına qazandırdığı dəhliz məntiqi artıq tam oturuşmuş anlayışdır.

Artıq, böyük ölçüdə, Sünik deyən yoxdur. Nəinki yoxdur, ümumən Zəngəzur dəhlizi xüsusunda onun Sünik adlı suveren Ermənistan ərazisi olması kimi məsələlər yada salınmır. Çünki beynəlxalq ictimaiyyət daha böyük reallıqla hesablaşmaq məcburiyyətindədir. Söhbət Azərbaycan reallığından gedir. Azərbaycan reallığının diktə etdiyi isə ilahi ədalətdir, xalqımızın zaman-zaman üzləşdiyi haqsızlıqların bir-bir aradan qaldırılması əzmi və iradəsidir. Dünya anlamalıdır ki, biz daha əzilən xalq olmayacağıq. Biz bizim olana mütləq sahiblənəcəyik. Qarabağa və otuz ilə yaxın müddətdə işğal altında qalmış digər torpaqlarımıza sahibləndiyimiz kimi.

Nəzərə alaq ki, Qarabağ dirənişimizə də “olmaz” demiş, inamsızlıq aşılamış, çalışmışdılar ki, başımıza gətirilənləri unudaq, vəziyyətlə barışaq. Amma bacarmadılar. Yenə də haqqımız olanı əldə etmək uğrundakı mücadiləmizə əngəl ola bilməyəcəklər. Zəngəzur dəhlizi, yəni Naxçıvana yol da haqqımızdır. Prezident İlham Əliyevin 31 dekabr 2022-ci ildə xalqa müraciətində bildirdiyi kimi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

Dekotini Prezident İlham Əliyevin iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə dilə gətirdiyi aşağıdakı fikirləri də qulağında sırğa etməlidir: “Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.

Ermənistan və havadarları anlamalıdırlar ki, dəhliz haqqımız Qarabağ haqqımız kimi müqəddəsdir. Çünki başımıza gətirdikləri çeşidli oyunların, yaşatdıqları bütün məhrumiyyətlərin qayəsində bizi bu coğrafiyadan silmək, varlığımızı heçə saymaq niyyətləri dayanmışdı. Unutmamalıyıq ki, Zəngəzuru bizdən qoparan qüvvələr sonradan Qarabağa da tamah saldılar. Çünki Qarabağ və Zəngəzur eyni zəncirin halqaları idilər. Bu səbəbdən Qarabağ davamızın Zəngəzur cəbhəsi var və olmalıdır. Amma hələlik səbr edirik. Yaxşı olar ki, dekotinilər və digər ermənipərəstlər səbrimizi sınamağa, gündəmə gətirdikləri mənasız fikirlərlə ilahi ədalətə kölgə salmağa, Ermənistanın düşdüyü bataqlıqdakı yerini möhkəmləndirməyə cəhd göstərməsinlər. Anlasınlar ki, Sünikdən daha böyük reallıq Zəngəzur dəhlizidir. Dərk etsinlər ki, Sünik Zəngəzurdan keçə bilər, Zəngəzur Sünikdən yox. Əlbəttə ki, qızışdırdıqları Ermənistan bataqlıqda boğulmasa...

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri