Icma.az
close
up
RU
Dekotini gedir, dekotiniçi gəlməsin

Dekotini gedir, dekotiniçi gəlməsin

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu yerdə: “İt hürdü, karvan keçdi...”

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini diplomatik fəaliyyətini başa vurmaq üzrədir. Diplomatik fəaliyyət deyirik, əslində, səfirin peşəkar missiyasına sadiqliyindən söz açmaq mümkünsüzdür. Məlumdur ki, o, ötən müddətdə yaxşı halda erməni diasporunun təmsilçisi qiyafəsində oldu. Pis halda isə qatı anti-Azərbaycançı libasa büründü. Ümid edək ki, Fransanın Ermənistandakı növbəti səfiri Dekotininin tutduğu işi tutmayacaq, getdiyi yolu getməyəcək. Çünki nə iş iş idi, nə də ki, yol yol. Hərçənd...

Əlqərəz, Dekotininin İrəvandakı fəaliyyəti Ermənistan–Fransa münasibətlərinin adi diplomatik çərçivədən çıxaraq, təhlükəsizlik və hərbi əməkdaşlıq müstəvisinə keçdiyi dövrə təsadüf edib. Səfir özü də 2024-cü ilin mayında bildirmişdi ki, Fransa artıq Ermənistanla münasibətlərdə strateji ölçüyə keçib, səfirlik daxilində müdafiə missiyası yaradılıb və məqsəd Ermənistanın ərazisini və suverenliyini qoruma imkanlarını gücləndirməkdir. Elə bu ifadə özü hər şey deyir. Məsələ ondadır ki, Dekotini diplomatik missiyasının az qala hər günündə özünü Ermənistanı və erməniləri müdafiə edən qladiator kimi göstərməyə çalışdı. Əlbəttə, bu amplua kənardan təlxəklik kimi göründü.

Ümumən, Dekotini 2025-ci ilin avqustunadək çox siyasi hoqqalara baş vurmuşdu. Həmin ilin fevralında isə o, Ermənistanın İctimai Radiosuna açıqlamasında əndazəni aşmışdı. İş o yerə çatmışdı ki, Azərbaycan Xarici İşlər Nazirliyi onun dediklərinə ayrıca cavab vermək qərarına gəlmişdi. Səfir bildirmişdi ki, Azərbaycan Ermənistan ərazisini işğal edib, buna görə ikincini silahlandırmaq lazımdır. Azərbaycan XİN bu yanaşmanı Fransanın anti-Azərbaycan siyasətinin göstəricisi kimi qiymətləndirmiş, bildirmişdi ki, Dekotini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Almatı Bəyannaməsinə edilmiş istinadların mahiyyətini nəzərə almır. Nəinki nəzərə almır, ümumən, mahiyyəti anlamır.

Mühüm məqamlardan biri odur ki, Dekotini Paris-İrəvan hərbi əməkdaşlığını açıq şəkilsə müdafiə edirdi. Onun çıxışlarında diqqətçəkən başqa məqam Azərbaycanla mümkün yeni müharibə riskinin tez-tez vurğulanması idi. Ümumən, səfir var gücü ilə Fransanın neytral vasitəçi roluna zərər vurmağa çalışır, sülhə qarşı demarş xətti tuturdu. Üstəlik, Dekotininin Qarabağdan Ermənistana köçmüş ermənilərlə bağlı məsələdə də Parisin ermənipərəst mövqeyini fəal şəkildə müdafiə edərək, bütün diplomatik normalara aşdığı məlumdur.

Ümumiləşdirmə aparsaq, Dekotininin İrəvandakı missiyasını iki mərhələdə xarakterizə etmək olar: Birinci mərhələ 2023-cü ilin ikinci yarısını əhatə edir. Bu zaman kəsiyində Azərbaycan Qarabağda antiterror tədbirləri reallaşdırıb ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, bundan sonra Fransa-Ermənistan münasibətləri sürətlə dərinləşmişdi. İkinci mərhələ 2024-cü ili əhatə etmişdi. Bu mərhələdə Paris-İrəvan əlaqələri diplomatik-humanitar formatdan çıxaraq, hərbi və təhlükəsizlik tərəfdaşlığına çevrilmişdi. Müvafiq olaraq Dekotininin Azərbaycana qarşı fikirlərinin sərsəmlik dozası artmışdı.

Əvvəldə Dekotininin bütün diplomatik normaları aşdığını bildirdik. Onu da yazdıq ki, Fransanın Ermənistandakı yeni səfirinin Dekotini qədər həyasız olmamasına ümid edirik. Ona görə ümid edirik ki, hazırda Azərbaycan-Ermənistan sülh prosesi irəliyə doğru gedir və həyasız səfirlərə prinsip etibarilə ehtiyac yoxdur. Güman edirik, Yelisey sarayı bu məqamı nəzərə alacaq. Amma nəzərə almasa da olar. Müdrik bir atalar sözümüzdə deyildiyi kimi, it hürər, karvan keçər...

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri