Icma.az
close
up
RU
Çənəsi sındırılan müştəri, yüksək faizlər, saxta sənədlər “YeloBank”dan “YENİ XİDMƏTLƏR”

Çənəsi sındırılan müştəri, yüksək faizlər, saxta sənədlər “YeloBank”dan “YENİ XİDMƏTLƏR”

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Azərbaycanda bank sektorundakı problemlər getdikcə dərinləşir. Son vaxtlar bank müştərilərinin haqlarının pozulması, qeyri-şəffaf prosedurlar və fəaliyyətlər daha da artıb. Bu sahədə adı neqativ hallarla hallanan müəssisələrdən biri də “YeloBank”dır. Bankın müştərilərə qarşı kobud rəftarı, çözülməyən maliyyə problemləri və qeyri-qanuni prosedurları ictimaiyyətin diqqətindədir.

Yeri gəlmişkən, “YeloBank”la bağlı son qalmaqallı hadisələrdən biri isə bank çalışanının müştəriyə fiziki təzyiq göstərməsidir. Belə ki, tanınmış vəkil Aqil Layıc özünün “Facebook” səhifəsində bankın filial müdiri Vüqar Xəlilovun xidmətin gecikməsinə etiraz edən müştərini təhqir etdiyini, daha sonra da ona fiziki zorakılıq göstərərək çənəsini sındırdığını bildirib. Vəkil Mərkəzi Bankı və “YeloBank”ı bu cür davranışla məşhur olan bir şəxsi filial müdiri kimi saxladıqlarına görə də tənqid edib.

Sözsüz ki, bankın qeyri-peşəkar yanaşması bununla bitmir. Çünki müştərilər borclarını tamamilə ödədiklərini düşünsələr də, “YeloBank” onlardan yenidən faiz tələb etməkdə davam edir. Qeyri-şəffaf maliyyə siyasəti və şübhəli sənədlərlə bağlı iddialar isə bankın müştərilərə qarşı birmənalı olmayan yanaşmasını bir daha ortaya qoyur.

Xatırladaq ki, bir zamanlar “Nikoil Bank” kimi tanınan sözügedən qurum öz korlanmış reputasiyasını düzəltmək üçün bir neçə dəfə ad dəyişikliyi edib. Lakin, görünən odur ki, rebrendinq siyasəti üzdə baş tutsa da, idarəetmədəki neqativ hallar və müştərilərə qarşı rəftar dəyişməyib.

Qeyd edək ki, bankın keçmiş sahiblərindən olan rusiyalı oliqarx Vahid Ələkbərov 2022-ci ildə sanksiyalara məruz qaldıqdan sonra bankın səhmləri Marina Kulişova adlı bank işçisinin üzərinə keçib. 2005-2017-ci illərdə bankın idarə heyətinin sədri olmuş Vasili Xamaza isə 20 milyon manatdan çox maliyyə vəsaitini mənimsəməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilərək, 2018-ci ildə Moskvada həbs edilmişdi.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri