Cenevrə görüşü: Ukrayna və Rusiya arasında danışıqlarda mühüm irəliləyiş
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 fevral, AZƏRTAC
Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff dünən Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra X sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator kimi çıxış edib. Münaqişə tərəflərini bir araya gətirməkdə Ağ Ev administrasiyasının uğurunu qeyd edən Uitkoff bunun əhəmiyyətli irəliləyişlərə səbəb olduğunu vurğulayıb. “Hər iki tərəf nəticələri liderlərinə çatdırmaq və işləməyə davam etmək barədə razılığa gəliblər”, - deyə o bildirib.
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar bu gün davam etdiriləcək. Danışıqların ilk altı saatlıq gününün çox gərgin keçdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















