Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Nəticəsiz Cenevrə görüşü...

Nəticəsiz Cenevrə görüşü...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail-İran münaqişəsi davam edir

Beynəlxalq aləmiin narahatlıqla müşahidə etdiyi İsrail-İran münaqişəsi davam etməkdədir. Artıq səkkizinci gündür ki, iki ölkə arasında qarşılıqlı hücumlar intensiv xarakter alıb. Qeyd edək ki, iyunun 20-də İsrail Hərbi Hava Qüvvələri İsfahan bölgəsində yerləşən və İsrail təyyarələrini hədəf almaq üçün nəzərdə tutulmuş bir neçə raket sisteminə aviazərbələr endirib. İsrail KİV-nin məlumatına görə, son hücum əməliyyatlarında İsrail qırıcıları İsfahan və Tehran ətrafındakı raket sistemlərivə radiolokasiya qurğularını məhv edib. İsrail tərəfi bildirib ki, bu sistemlər İsrail Hərbi Hava Qüvvələri - ÇAXAL-a məxsus təyyarələri vurmaq məqsədilə istifadə olunurdu. ÇAXAL qeyd edib ki, son zərbələr İsrail döyüş təyyarələrinin İranın hava məkanında daha sərbəst hərəkət etməsinə şərait yaradıb. Hazırda İsrail qırıcılarının İranın qərb və mərkəzi hissəsindəki hərbi obyektlərə raket zərbələri davam edir. İran da öz növbəsində İsrailə raket hücumlarını davam etdirir. İran İslam İnqlabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunur ki, həmin gün İran İsraildəki komanda mərkəzlərinə, hərbi sənaye obyektlərinə, o cümlədən  “Nevatim” və “Hatzerim” aviabazalarına raket hücumları həyata keçirib. İran Hayfada İsrail Daxili İşlər Nazirliyinin binasını da hədəf alıb.

Razılıq əldə olunmadı

İyunun 20-də İsveçrənin Cenevrə şəhərində Britaniya, Fransa, Almaniya və İran XİN rəhbərləri arasında görüş keçirilib. Görüşdə əsasən nüvə proqramı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Lakin görüş nəticəsiz başa çatıb. İran KİV-nin məlumatına görə, Avropa İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb edib, İran isə bunu rədd edib. İranın XİN rəhbəri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Tehran uranın zənginləşdirilməsini azaltmağa və nüvə obyektləri üzərində beynəlxalq nəzarəti müzakirə etməyə hazırdır, amma nüvə proqramından imtina və ya ballistik raket istehsalını dayandırmaqla bağlı tələbləri qəbul etməyəcək. Əraqçi, həmçinin vurğulayıb ki, İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə danışıqları davam etdirməyə hazırdır - o, Tehranın yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirib: “Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”,- deyə Əraqçi vurğulayıb. İranın XİN rəhbəri əlavə edib ki, nüvə proqramı sırf dinc xarakter daşıyır və MAQATE-nin nəzarəti altında beynəlxalq öhdəliklərə tam uyğun olaraq həyata keçirilir.

Hər şey Vaşinqtondan asılıdır

İranın XİN rəhbəri “NBC News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirəcək. - “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başadüşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyə Əraqçi qeyd edib. Eyni zamanda İranlı diplomat vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. Əraqçi, həmçinin deyib ki, ABŞ İrana hücum üçün danışıqlardan örtük kimi istifadə edə bilər  - “İndi hər şey ABŞ-dan asılıdır - onlar həqiqətən diplomatik həll yolu tapmaq istəyirlər, yoxsa əvvəldən fərqli planları var idi və onsuz da İrana hücum etmək niyyətində idilər. Ola bilsin ki, onlara pərdə kimi yalnız danışıqlar lazım olub” .

Tehran güzəştə hazırdır

İranın nüvə proqramı ilə bağlı məsələdə güzətşə gedib-getməyəcəyinə gəlincə, Abbas Əraqçi “Reuters”ə açıqlamasında deyib ki, Tehran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır. “Uranın zənginləşdirilməsindən tam imtina variantı, xüsusilə indi, İsrailin zərbələri altında qəti şəkildə rədd ediləcək. Lakin biz Böyük Britaniya, Almaniya və Fransanın nüvə problemi ilə bağlı təşəbbüsünün nədən ibarət olduğunu eşitməliyik,” - deyə Əraqçi bildirib.

Avropa danışıqları davam etdirmək istəyir

Böyük Britaniyanın XİN rəhbəri David Lemmi Cenevrədə baş tutan son görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən bəyan edib ki, İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir. Onun sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniya İranla danışıqları davam etdirməkdə maraqlıdır: “İranla bu müzakirələrin aparılması vacib idi və bu ölkənin nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və Tehranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik”, - deyə D.Lemmi bildirib. Nazir onu da qeyd edib ki, hazırda Yaxın Şərqdə vəziyyət təhlükəlidir və İsrail ilə İran arasında eskalasiyanın qarşısı alınmalıdır.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri