Cenevrə Trampı dayandıra biləcəkmi?
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bütün dünyanın gözü bu görüşdədir!
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ilə İran Cenevrədə keçirilməsi planlaşdırılan kritik görüşmə ərəfəsindədir. ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi son açıqlamada İrana dair ən yaxşı ssenarinin “rejim dəyişikliyi” olduğunu ifadə edib. Tramp həmçinin nüvə proqramı ilə bağlı “sıfır zənginləşdirmə” şərtini vurğulayıb və illərdir davam edən danışıqların nəticə vermədiyini deyib.
ABŞ-nin bölgəyə hərbi qüvvə göndərməsini də dəyərləndirən Paksoy, ikinci aviadaşıyıcı gəminin yola salınması ilə yanaşı, çoxsaylı hərbi nəqliyyat təyyarələrinin və döyüş təyyarələrinin regiona göndərildiyinə diqqət çəkib. O bildirib ki, bu səviyyədə hərbi yığnağın yalnız çəkindirmə məqsədi daşıması inandırıcı görünmür və Vaşinqtonun hədəfi daha geniş ola bilər.
Digər tərəfdən, Paksoya görə, Cenevrədə keçiriləcək görüşlər kritik bir mərhələ təşkil edir. Trampın sərt ritorikasına baxmayaraq, ABŞ liderinin qısa müddətdə fərqli mesajlar verə bildiyini xatırladan Paksoy, diplomatik prosesin tamamilə bağlanmadığını, lakin masadakı təzyiqin indiyədək görünməmiş səviyyədə olduğunu vurğulayıb.
Mütəxəssislərin fikrincə, Cenevrə təmaslarının nəticəsi həm regiondakı hərbi gərginliyin gedişatını, həm də ABŞ–İran münasibətlərinin gələcəyini müəyyən edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Fevral 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















