Icma.az
close
up
RU
Cenevrədə “Bakıdan Belenə: COP29 və COP30” adlı yüksəksəviyyəli sessiya keçirilib

Cenevrədə “Bakıdan Belenə: COP29 və COP30” adlı yüksəksəviyyəli sessiya keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

COP29-un sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Cenevrədə “Bakıdan Belenə: COP29 və COP30” adlı yüksəksəviyyəli sessiya keçirilib. Tədbirdə dayanıqlı rəqəmsal transformasiyaya doğru qlobal təşəbbüsdə mühüm mərhələ qeyd edilib.

COP29-un sədrliyindən AZƏRTAC -a bildirilib ki, sessiya 83 ölkə də daxil olmaqla 2000-ə yaxın maraqlı tərəf tərəfindən təsdiq edilmiş və Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında tarixdə ilk “Rəqəmsal gün” çərçivəsində təqdim edilmiş Yaşıl Rəqəmsal Fəaliyyət (GDA) üzrə Bəyannaməyə həsr olunub. Tədbir zamanı iştirakçılar, həmçinin Braziliyanın Belen şəhərində keçiriləcək COP30-a hazırlıqla bağlı müzakirə aparıblar.

Sessiyada əsas məruzəçilər arasında COP29-da BMT-nin İqlim Fəaliyyəti üzrə Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai, Braziliyanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Cenevrədə yerləşən digər iqtisadi təşkilatlar yanında daimi nümayəndəsi səfir Qilyerme de Aqiyar Patriota, BTİ Baş katibinin müavini Tomas Lamanauskas, bu təşkilatın Strateji və planlaşdırma üzrə rəhbəri Katalin Marinesku, COP29-un Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, COP29 nümayəndə heyətinin üzvü Lalə Hikmət və Braziliya XİN-in İqlim departamentinin elmi-texnoloji məsələlər və ikitərəfli münasibətlər üzrə əlaqələndiricisi Pedro İvo Ferraz da Silva olublar.

Müzakirələrdə COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsi çərçivəsində rəqəmsal həllərin iqlim strategiyalarına inteqrasiyası, həm rəqəmsal, həm də aşağı emissiyalı texnologiyalara, sektorlararası əməkdaşlığa, o cümlədən COP29 ilə sinerji yaradılmasına, COP29 Çoxsektoral Fəaliyyət Yollarına dair Bəyannamə, rəqəmsal texnologiyalar və səhiyyə sahəsində əlaqələr yaratmaqla əldə edilən irəliləyişlərə diqqət yetirilib. BTİ-də Yaşıl Rəqəmsal Fəaliyyətlər üzrə Bəyannamə və UNFCCC-də İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsinin (CTCN) fəaliyyəti də razılaşdırılıb. Qeyd olunub ki, bu günə kimi COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsi 83 ölkənin hökumətləri də daxil olmaqla 2000-ə yaxın maraqlı tərəf tərəfindən təsdiqlənib.

Tədbirdə rəqəmsal keçidlərin qlobal iqlim fəaliyyətinə dəstək məqsədləri ilə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb və COP29-da GDA üzrə yüksəksəviyyəli ilk dəyirmi masada İqlim sammitinin sədrliyinin təşəbbüsü kimi rəsmi olaraq irəli sürülən yaşıl rəqəmsal fəaliyyət üzrə COP sədrlikləri arasında davamlılığın və bir-birini tamamlamanın vacibliyi qeyd olunub. Üzv dövlətlərin fəal iştirakı ilə sessiya açıq dialoqu asanlaşdıran və COP30-dan əvvəl yaşıl rəqəmsal transformasiya üçün qlobal sürəti artıran interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

COP29 Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə təsdiq üçün açıq qalır. Tərəflər və maraqlı qeyri-tərəflər COP29 sədrliyinin e-poçt ünvanına ([email protected]) ünvanına şifahi nota və ya rəsmi məktub göndərməklə öz dəstəklərini ifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri