Icma.az
close
up
RU
COP29 və COP30 rəhbərləri “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim ediblər

COP29 və COP30 rəhbərləri “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim ediblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim maliyyələşdirilməsində 1,3 trilyon ABŞ dollarının səfərbərliyi hədəflənir

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanın COP29 və Braziliyanın COP30 Sədrliyi “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim edib. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunmasına yönələn strateji planı əks etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev və COP30 Prezidenti, səfir Andre Korrea do Laqo vurğulayıblar ki, bu hədəfə çatmaq mümkündür, lakin bunun üçün ənənəvi maliyyə mənbələri ilə yanaşı yeni və innovativ mexanizmlərin də səfərbər olunması vacibdir.

Yol Xəritəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakı Maliyyə Hədəfi (“Baku Finance Goal”) çərçivəsində hazırlanıb. Sənəd Paris Sazişinin qəbulundan 10 il sonra iqlim maliyyələşdirilməsində növbəti mərhələyə keçid üçün əsas addım kimi qiymətləndirilir.

“Biz hərəkətə keçməliyik – və bu, indi baş verməlidir. 2030 və 2035-ci illərin hədəfləri bizə verdiyimiz vədləri reallığa çevirmək, planetimizi qorumaqla yanaşı, yeni iş yerləri yaratmaq və dayanıqlı rifahı təmin etmək imkanı verir”, – deyə COP29 Sədri Muxtar Babayev bildirib.

Beş fəaliyyət istiqaməti (5R)

Yol Xəritəsi 2035-ci ilə qədər həyata keçiriləcək beş əsas istiqaməti müəyyənləşdirir:

1. Qrantların, güzəştli vəsaitlərin və aşağı faizli kapitalın artırılması;

2. Fiskal məkanın və borc dayanıqlılığının balanslaşdırılması;

3. Özəl maliyyənin səfərbər edilməsi və kapitalın dəyərinin azaldılması;

4. İqlim layihələri portfellərinin genişləndirilməsi üçün potensial və koordinasiyanın gücləndirilməsi;

5. Kapital axınlarında ədalətlilik üçün sistem və strukturların yenidən formalaşdırılması.

Bu istiqamətlər iqlim maliyyəsinin illik həcmini ən azı 1,3 trilyon dollara çatdırmağı, inkişaf etməkdə olan ölkələrin bu vəsaitə çıxış imkanlarını artırmağı və adaptasiya, itki, zərər, təmiz enerji, təbiət, ərzaq sistemləri və ədalətli keçid sahələrində nəticələri gücləndirməyi hədəfləyir.

Yol Xəritəsi, həmçinin COVID-19 pandemiyasından sonra beynəlxalq maliyyə sisteminin islahatı ilə bağlı artan qlobal çağırışları və siyasi, iqtisadi liderlərin ideyalarını özündə birləşdirir.

“Bu, iqlim maliyyəsi üçün yeni bir mərhələnin başlanğıcıdır. Paris Sazişinin məqsədlərinə daha sürətlə nail olmaq üçün iqlim fəaliyyətinin real iqtisadi və maliyyə islahatlarının mərkəzinə yerləşdirilməsi vacibdir. 5R yanaşması qlobal əməkdaşlıq və real nəticələr yaradır”,– deyə COP30 Prezidenti Andre Korrea do Laqo vurğulayıb.

Erkən fəaliyyət mərhələsi: 2026–2028

Sədrliyə əsasən 2026–2028-ci illəri əhatə edən erkən mərhələdə praktiki addımlar atılacaq – məlumatların təkmilləşdirilməsi, islahat debatlarının gücləndirilməsi və şəffaflıq mexanizmlərinin artırılması nəzərdə tutulur.

“Yol Xəritəsi göstərir ki, birgə fəaliyyətlə 2035-ci ilə qədər iqlim maliyyəsini illik 1,3 trilyon dollara qədər artırmaq və inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olmasına dəstək vermək mümkündür. Bu yeni dövr rəsmi prosesi real iqtisadiyyatla daha sıx əlaqələndirəcək, iqlim fəaliyyətinin miqyasını artıracaq və milyardlarla insana fayda gətirəcək”, – deyə BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Saymon Stil bildirib.

Hesabatın yekun hissəsində qeyd olunur: “Resurslar mövcuddur. Elm aydındır. Mənəvi borcumuz danılmazdır. İndi qalan tək şey iradədir – bu onilliyi vədlərin əmələ çevrildiyi, bəşəriyyətin məsuliyyətinə layiq cavab verdiyi dövrə çevirmək”.

Qeyd edək ki, artıq bir sıra qlobal media saytları bu mövzuya dair müxtəlif təhlillər təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri