Cenevrədə keçirilən COP11 də Azərbaycanda tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlərdən danışılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 noyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəfləri Konfransının 11-ci sessiyası (COP11) keçirilib. Konfransın işində Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəliyi təmsil olunub, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş direktoru Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Teymur Teymurov və İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, 11-ci sessiyada tütünlə mübarizə sahəsinə aid bir sıra aktual mövzuların geniş müzakirəsi aparılıb. İSİM-in direktoru Səbinə Babazadə ümumi müzakirələr zamanı ölkəmizdə tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlərdən barədə məlumat verib.
Konfrans çərçivəsində Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinə dair qlobal irəliləyişin xülasəsi təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 22 Noyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















