Icma.az
close
up
RU
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunda Azərbaycanda media sahəsində görülən işlərdən danışılıb

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunda Azərbaycanda media sahəsində görülən işlərdən danışılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Audiovizual Şuranın sədri İsmət Səttarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak edib.

Audiovizual Şuradan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 16-18-də Albaniyanın Vlora şəhərində keçirilən tədbirin mövzusu "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" olub. Tədbirdə Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım Dəniz Güçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış ediblər.

Toplantı çərçivisində "Audiovizual mediada nifrət nitqi və informasiya azadlığı: İnformasiya azadlığı və ictimai təhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqi çərçivələr" və "Onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrə ictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq" mövzularında iki panel sessiya təşkil edilib.

Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrət çıxışları, dini, irqi, cinsi ayrı-seçkiliyin qanunla qadağan olunduğunu bildirib, bu istiqamətdə Audiovizual Şuranın gördüyü işlər barədə geniş məlumat verib.

Toplantının işində iştirak edən sədrin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda media sahəsində baş verən son dəyişikliklər haqqında danışıb.

Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstanda keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, BRAF-ın 11-ci toplantısı aprelın 14-16-da Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri