Icma.az
close
up
RU
Cenevrədən “Piano Trio Areal” sənət töhfəsi

Cenevrədən “Piano Trio Areal” sənət töhfəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qara Qarayevin, onun müəlliminin və tələbəsinin əsərləri İsveçrədə 

Görkəmli bəstəkar, “Şərəf” ordenli Xalq artisti Tofiq Bakıxanova 95 illik yubileyi ərəfəsində Cenevrədən xoş xəbər və dəyərli bir hədiyyə alınıb. Avropanın mədəniyyət mərkəzlərindən olan Cenevrədəki “Salle Frank Martin” zalında “Piano Trio Areal” adlı klassik Azərbaycan və dünya musiqisini birləşdirən debüt albomu təqdim edilib.

 Bu münasibətlə təşkil edilmiş konsert proqramında Frank Martinin “İrlandiya xalq nəğmələri üzərində Trio”, Dmitri Şostakoviçin Piano Triosu və Tofiq Bakıxanovun III Piano Triosu səsləndirilib. Konsert ansamblın Kelt xalq melodiyalarından tutmuş Şostakoviçin müharibə dövrü elegiyasına, muğam ritmlərini Qərbin klassik formaları ilə sintez etmiş Tofiq Bakıxanov musiqisinə qədər müxtəlif ənənələri bir araya gətirmək bacarığını nümayiş etdirib.

Göndərilmiş hədiyyə isə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin özünün, onun müəllimi olmuş Dmitri Şostakoviçin (böyük bəstəkarımız 1946-cı ildə Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir) və Qara müəllimin sonuncu tələbələrindən birinin – Tofiq Bakıxanovun əsərləri yazılmış musiqi albomudur. Tofiq müəllim dedi ki, həmin albomda onun III Fortepiano ­Triosunun dünya üzrə ilk səsyazmasının yer alması Azərbaycan musiqisinə Avropada göstərilən marağın təzahürüdür.

Xatırladaq ki, adıçəkilən əsər Azərbaycan musiqi irsinin zənginliyini əks etdirir, həm Şərq, həm də Qərb ənənələri ilə ritmik və melodik bağlara malikdir. Musiqişünasların fikrincə, İsveçrədə ərsəyə gəlmiş yeni albom Tofiq Bakıxanov musiqisinin müxtəlif beynəlxalq festivallarda və böyük konsert salonlarında ifa olunmasına, bununla da onun yaradıcılığının daha geniş auditoriyaya çatmasına təkan verəcək.

Qeyd edilir ki, bu albom Avropada Azərbaycan mədəni irsinin təbliğatçısı kimi tanınan və Cenevrədə fəaliyyət göstərən “Heritage Association”ın dəstəyi və sponsorluğu, eləcə də yenilikçi musiqi layihələrini dəstəkləyən “Odradek ­Records”la əməkdaşlıq sayəsində ərsəyə gəlib.

İtaliyanın Peskara – Montesilvano şəhərindəki “The Spheres” studiyasında yazılmış musiqini trio üzvləri – gənc və beynəlxalq səviyyədə tanınmış skripkaçı Cəmilə Qarayusifli, violonçel ifaçısı Sandro Mezaros və pianoçu Darya Korotkova ifa etmişlər. Bildirilir ki, onların dərin emosional və təsirli ifası Cenevrə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və ansamblın musiqi vasitəsilə mədəniyyətləri birləşdirmək missiyasını bir daha nümayiş etdirib. Vurğulanmalı daha bir məqam ondan ibarətdir ki, bu albomun “Spotify” və “Apple Music” kimi əsas platformalarda, eləcə də ansamblın rəsmi kanalları vasitəsilə dinlənilməsi mümkündür. 

Bəstəkar qeyd etdi ki, ötən ilin son ayı onun üçün, sözün həqiqi mənasında, uğurlu olub. Belə ki, həmin müddətdə Bakıdakı “AVE Print” nəşriyyatı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə) bəstəkarın “Həmişə bizimləsən” simfonik poemasını kitab şəklində nəşr etmişdir. Akademik Rafael Hüseynovun redaktorluğu və ön sözün müəllifliyi ilə ərsəyə gəlmiş yeni kitabda ulu öndər Heydər Əliyevə həsr olunmuş əsər barədə mükəmməl məlumat verilir və həm o böyük siyasət dahisinin həyatı, həm də bəstəkarın yaradıcılığı böyük ustalıqla xarakterizə edilir. 

Bəstəkarı məmnun edən başqa bir fakt isə ona Qahirədən yeni bir kitabın göndərilməsidir. Belə ki, qədirbilən misirli ədəbiyyatsevərlər Tofiq Bakıxanovun qızı, filologiya elmləri namizədi, xeyli müddət Qahirədə çalışmış Nigar Bakıxanovanın “Əhməd Şövqinin dramaturgiyası” (bu ərəb şairi öz pyeslərini nəzmlə yazmış, klassik ərəb ədəbiyyatı ənənələri ilə Qərb dramaturgiyasını birləşdirmişdir) adlı elmi əsərini mərhumun vəfatından düz otuz il sonra, növbəti dəfə kitab şəklində ərsəyə gətirmişdir. 

İttifaq MİRZƏBƏYLİ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri