Icma.az
close
up
RU
Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir ŞƏRH

Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarının Bakıda keçirilməsi faktının özü Azərbaycanın təkcə Avropanın deyil, qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunun əhəmiyyətli olduğunu göstərir. Hər il keçirilən bu tədbirlərdə qaz ixracının həcmi, interkonnektorların qurulması, təbii qazın qiyməti, idxalçıların dəhlizin genişləndirilməsi üçün yatırdıqları sərmayə və digər məsələlər müzakirə olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Pripritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın artıq 16 ölkəsini təbii qazla təmin edir. Bu gün Ukraynada baş verən müharibənin nəticəsi olaraq Avropanın enerji təhlükəsizliyinə böyük təhdid yaranıb və Azərbaycan Avropanın ehtiyaclarını ödəmək üçün əsas qaz ixracatçısına çevrilib.

“Azərbaycan Rusiya ilə Ukrayna arasında baş verən müharibədən çox əvvəl Cənub Qaz Dəhlizinin tikintisinə başlayıb və hasil etdiyi qazı Avropa bazarına çıxarmaq niyyətində idi. Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) kubmetrdir.

Azərbaycan qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyi üçün Qərbdən siyasi zəmanət alır. Bu zəmanət ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına yardım göstərir. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda sülhə və əmin-amanlığın hökm sürməsinə çalışması da Qərb sərmayədarları tərəfindən dəstəklənir. Qərb dövlətləri regionda sabitliyin daimi xarakter daşımasında maraqlıdırlar ki, enerji ehtiyacları ödənsin. Bu qarşılıqlı əməkdaşlıq dövlətimizin praqmatik siyasətinin nəticəsidir”, - deyə ekspert əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri