Icma.az
close
up
RU
Etibarlı tərəfdaş: Cənub Qaz Dəhlizində Azərbaycanın rolu artır

Etibarlı tərəfdaş: Cənub Qaz Dəhlizində Azərbaycanın rolu artır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır”.

Bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.Dövlətimizin başçısı vurğulayıb ki, bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir:

“Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik”.

Qeyd edək ki, Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilib. Ölkəmiz etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji balansında önəmli yerə sahibdir. 

Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol son illərdə əhəmiyyətli dərəcədə artıb:

“Təbii ki, ölkəmiz əvvəlki illərdə də bu və ya digər formada prosesdə çox fəal iştirak edirdi. Xüsusilə də 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu rol əhəmiyyətli dərəcədə artdı.

Buna təsir edən bir neçə mühüm amil var ki, onların arasında Rusiya-Ukrayna müharibəsi də prosesə təsir edən amil kimi dəyərləndirilir. Amma bu, yeganə, həlledici amillər deyi. Bundan başqa digər əsas amillər də var.

Nəzərə almaq lazımdır ki, ölkəmiz strateji cəhətdən kifayət qədər çox əlverişli bir coğrafi mövqəyə sahibdir və böyük enerji resurslarına malikdir.

Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Xəzər hövzəsinin əsas ölkələrindən biri hesab olunur. Təbii ki, bu ehtiyatlar xüsusilə Avropa ölkələrinin enerji şaxələndirilməsi strategiyası baxımından da çox əhəmiyyətlidir”.

Millət vəkili diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya doğru qazın ixracını təmin edir:

“Bu da ölkəmizin Avropaya qaz ixracını reallaşdıran ən önəmli lahiyələrdən biri hesab olunur. Ümumiyyətlə, Azərbaycan alternativ və etibarlı mənbə kimi çox böyük rola malikdir.

Bu baxımdan, Azərbaycan Avropa üçün Rusiya qazının aslılığın azaldılmasında müxtəlif mənbələrdən enerji təminatının yaradılmasında, habelə enerji daşıyıcılarının etibarlı və stabilliyini təmin edən tərəfdaş kimi çıxış etməsi də təqdirəlayiq bir hal kimi dəyərləndirilir. Təbii ki, gələcək perspektivlər də var. 

Məsələn, Azərbaycan qazının Serbiya və Macarıstan üzərindən Şərqi Avropa ölkələrinin coğrafiyasını genişləndirməsi baxımından da olduqca vacib sayılır.

“Yaşıl enerji” layihələri Xəzər dənizində quruda və dənizdə bərpa olunan enerji istehsalına dair planları Avropaya “yaşıl elektrik” ixracını da gündəmə gətirir”.

Həmsöhbətimiz qeyd edib ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından Azərbaycan etibarlı tərəfdaş qismində çıxış edir:

“Eyni zamanda, həmin ölkələrin özlərinin iqtisadi cəhətlərinin və geosiyasi nöqteyi-nəzərdən mövqələrinin güclənməsinə də xidmət edən bir siyasət yürüdürlər.

Məsələn, burada Macarıstanı xüsusi qeyd edə bilərəm. Belə ki, Macarıstanın Baş naziri Viktor Orban bu yaxınlarda çıxış edərkən vurğuladı ki, təbii qazı Azərbaycandan almayacaqları təqdirdə, başqa ölkələrdən 3-4 dəfə baha qiymətinə alacaqlar. 

Bu baxımdan Azərbaycanın təklif etdiyi qiymət belə həmin dövlətlərə iqtisadi cəhətdən sərf edir.Bildiyimiz kimi, Azərbaycan qazı 12 Avropa ölkəsinə ixrac olunur. Onların da 10-u Avropa ölkələridir. Həmin 10 ölkədən də 8-i Avropa İttifaqının üzvüdür. Bütün bunlar müstəqil siyasət yürüdən Azərbaycanın etibarlı tərəfdaş qismində həmin ölkələrlə strateji münasibətlər qurduğunu göstərir. 

Ümumiyyətlə, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolu olduqca böyükdür. Ölkəmiz təkcə enerji ixrac etmir, eyni zamanda etibarlı tərəfdaşdır”. 

Deputat vurğulayıb ki, Azərbaycan şaxaləndirmə mənbəyi və regional enerji təhlükəsizliyinin təminatçısı kimi Avropa İttifaqı üçün strategi əhəmiyyətə malik olan dövlətlərdən biridir:

“Bu mövqe həm iqtisadi, həm də geosiyasiyi baxımından Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Eyni zamanda, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olan dövlətlərin coğrafiyası genişlənir. 

Hətta bu yaxınlarda cənab Prezident İlham Əliyev çıxışlarının birində xüsusilə qeyd etdi ki, Avropa İttifaqında bir sıra dövlətlər Azərbaycan qazını almaqda maraqlıdırlar. Yəni gələcək perspektivdə Azərbaycandan təbii qaz alan Avropa İttifaqı dövlətlərinin sayının artması gözlənilir. Bütün bunlar təbii ki, ölkəmizin artan nüfuzuna xəbər verən hal kimi dəyərləndirilir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Avropa enerji

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri