Icma.az
close
up
RU
Cənubi Afrikada qızılaxtaranları xilasetmə əməliyyatları aparılır AZƏRTAC

Cənubi Afrikada qızılaxtaranları xilasetmə əməliyyatları aparılır AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 18 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Cənubi Afrika Respublikasındakı Stilfontein şəhərinin yaxınlığında tərk edilmiş mədəndə qapalı qalan yüzlərlə qeyri-qanuni qızılaxtarana kömək etmək üçün könüllülərin xilasetmə əməliyyatı başlayıb.

AZƏRTAC xəbər verir ki, qeyri-qanuni mədənçıxarma ilə mübarizə çərçivəsində Cənubi Afrika polisi minlərlə mədənçini yer səthinə çıxmağa məcbur etmək üçün aylardır ərzaq, su və tibbi ləvazimatların qarşısını kəsib.

Cənubi Afrikada 6 minə yaxın tərk edilmiş mədən var ki, qızılaxtaranlar onları isizulu dilində “zama zamas” adlandırırlar. Bu insanlar qiymətli metal axtarışında aylarla yerin altında qalaraq həyatlarını riskə atırlar.

“Fevraldan bəri qardaşımdan heç bir xəbər almamışam. Onun sağlam, xəstə və ya həyatda olduğunu da bilmirəm”, -deyə qardaşı Stilfonteyn mədənində olan Pauline deyir.

Cənubi Afrika polisi mis və kabel oğurluğu, soyğunçuluq kimi digər cinayətlərlə də əlaqəli olan bu fəaliyyətlə qətiyyətli mübarizə aparmaq əzmindədir. İlin əvvəlində “Wala Umgodi” – “Deşiyi bağla” adlı əməliyyat başlayıb. Onun məqsədi işçiləri mədəndən çıxmağa məcbur etmək idi.

Cənubi Afrika Respublikasının naziri Xumbudzo Ntşaxveni bununla bağlı deyib: “Lazım gələrsə, biz mədənə tüstü buraxacağıq”.

Məhkəmə mədənlərin qeyri-qanuni blokadasına son qoyulmasına qərar verib, lakin minlərlə insan yerin altında qalır və onların vəziyyəti ciddi narahatlıq doğurur. “Zama zamas”lar tez-tez Lesoto və Mozambik kimi qonşu ölkələrdən gəlir və mədəndən çıxanlar həbs və deportasiyaya məruz qalır ki, bu da onların niyə yerin altında qaldığını izah edir.

Polisin həyati təhlükəsi səbəbindən yerin altına girməsi qəti qadağandır, lakin yerli sakinlər bəzi mədənçilərlə danışıqlar apara bilib və ümumilikdə 1173 “zama zamas” artıq təslim olub. Lakin uzunmüddətli blokadaya görə onların əksəriyyəti çox yorğun olduqları üçün istəsələr də artıq səthə qalxa bilmir. Bir neçə gün əvvəl mədəndən iki ölü kişinin cəsədi çıxarılıb.

Noyabrın 16-da paytaxt Pretoriya məhkəməsi yaşamaq hüququnun Konstitusiyada təsbit edilməsi səbəbindən polisin bu insanlara yardıma mane olmaq hüququna malik olmadığına qərar verdi. Son bir həftə ərzində ictimai qəzəbin artmasına baxmayaraq, polis sərt mövqe tutmaqda davam edir. Qərardan sonra Cənubi Afrika Milli Polisi (SAPS) mətbuata açıqlamasında bildirib ki, hələ də səthə çıxan “zama zamas”ları saxlamaq səlahiyyətinə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri